267
ki, Rəsulallahın (s) yüksək məqamı və Allahdan gələn rəhmət və inayətlərin Onun
şəxsiyyətinə aid olduğu isbat və bəlli olsun. Əgər Rəsulallahın (s) bələdçisi olaraq
bir başqalarına da rəhmət və sükunət enmiş olsaydı, onun adı zikr edilərdi. Bu və
buna bənzər ayələr sükunət və rəhmətin yalnız Rəsulallaha (s) aid olduğunu ortaya
çıxarır».
Şeyx: «Rəsulallahın (s) sükunət və rəhmətə ehtiyacı yoxdur. Çünki sükunət
Onda hər zaman mövcuddur. Buna görə sükunət yalnız Əbu Bəkrə enmişdir».
Dəvətçi: «Nə üçün eyni şeyləri təkrar edərək, məclisin vaxtını alırsınız. Hansı
dəlilə görə Xatəmül-ənbiyanın sükunətə ehtiyacı olmadığını söyləyirsiniz? İstər
Peyğəmbər (s) olsun istər olmasın, hər kəsin Allahın rəhmətinə ehtiyacı vardır.
Hüneyn döyüşündə «Tövbə» surəsinin 26-cı ayəsində Allah-təalanın belə
buyurduğunu unutdunuzmu?!:
«
Sonra Allah öz peyğəmbərinə və möminlərə öz arxayınçılıq amilini
Dostları ilə paylaş: