38
xaraba bağçada bina tikərkən bədəni çürüməmiş, qana boyanmış, bir əlində Quran,
digər əlində isə qılınc olduğu halda torpaq altından bir cəsəd çıxarırlar. Mövcud
olan əlamət və cizgilərlə bu cəsədin imam Musa (ə) ibn Cəfərin (ə) şəhid oğlu
seyid Əlauiddin Hüseynin mübarək cəsədi olduğunu bilirlər. Həmin bağçada onu
dəfn edirlər və Qətləğ xan
1
da, o qəbrin üzərində türbə tikdirir.
Müəyyən illər keçdikdən sonra Mirzə Əli Mədəni Mədinədən imamzadələrin
ziyarətinə
2
gəlir. Çox dövlətli olduğuna görə, o mübarək qəbrin üzərində gözəl bir
məqbərə tikdirir. Çox sayda mülk və bağçalar alıb, o mübarək məkana birləşdirir.
Vəfat etdikdən sonra o mərhumu da həmin müqəddəs yerdə dəfn edirlər. Mərhum
şah İsmayıl zamanında o qəbir gözəl bir şəkildə təmir edilir; indiyə qədər bütün
fars xalqının ziyarətgahı və maraq göstərdikləri müqəddəs bir yerdir.
Bəziləri möhtərəm seyidin nəslinin davamı olmadığını, bəziləri də nəsnin
davam edib, yalnız sonradan kəsildiyini yazırlar. Mərhum seyid Əmir Əhmədin
oğlu yox, yalnız əfifə və salihə bir qızı var idi. Bu məsələ «Umdətut-talib fi ənsabi
Əli Əbu Talib» kitabında mövcuddur. Bəziləri də oğlunun olduğunu yazırlar.
Dostları ilə paylaş: