Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə38/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   34   35   36   37   38   39   40   41   ...   314
2 5290018709182616340

CƏNAB YƏHYANIN ŞƏHADƏTİ 
 
O  məlun  Vəlid  ibn  Yezid  eyni  əməli  Xorasan  şəhərlərindən  biri  olan 
Cürcanda
1
 Yəhya ibn Zeyd ibn Əli ibn Hüseynin (ə) mübarək bədəninə qarşı tətbiq 
etdi.  Çünki  o  həzrət  də  bəni-Üməyyənin  zülmünə  qarşı  qiyam  etdi  (bunun  tarixi 
çox  geniş  surətdədir)  və  döyüş  meydanında  şəhid  oldu.  Onun  başını  bədənindən 
ayırıb,  Şama  göndərdilər;  mübarək  bədənini,  atasının  bədəni  kimi  dar  ağacından 
asdılar və 6 il ağacda asılı qaldı. Dost və düşmən o həzrətin halına ağlayırdı. Vəlid 
Cəhənnəmə vasil olduqdan sonra bəni-Abbas tərəfindən bəni-Üməyyənin əleyhinə 
qiyam  edən  Əbu  Müslim  Xorasani  Rəsulallahın  (s)  zürriyətinin  bədənini  zülm 
ağacından  qurtarıb,  Cürcanda  dəfn  etdi.  İndiyə  qədər  mübarək  qəbri  bütün 
müsəlmanların ziyarətgahı və ehtiram göstərdikləri müqəddəs bir yerdir (məclisdə 
olanlar bu acı vaqiəni eşitdikdə təsirləndilər; bəziləri də özlərindən asılı olmayaraq 
ağlayıb, o lənətlilərə lənət oxudular). 
Bu səbəbdən, misal olaraq zikr etdiyimiz cinayətləri edən xəbis ailənin əlinə 
Əmirəl-möminin  həzrət  Əli  (ə)  ibn  Əbu  Talibin  (ə)  mübarək  bədəni  keçsəydi,  o 
Həzrətin  cismilə  də  eyni  şəkildə  davranacaqdılar  və  bu  əməl,  onlar  tərəfindən 
gözlənilirdi də.  
Buna görə də İmam (ə) vəsiyyətinə əsasən, cənazəsi gecə ikən dəfn edildi və 
qəbrin  üzərində  heç  bir  əlamət  qoyulmadı  və  Abbasi  xəlifəsi  Harun  Rəşidin 
zamanına qədər gizli qaldı.  
Bir gün Harun Rəşid xidmətçiləri ilə birlikdə qamışlıq və ceyranların mövcud 
olduğu yer olan Nəcəf çölünə ova çıxıb, tazı
2
 və parslarla
3
 ceyranları təqib edirdi. 
Ovlar  Təllü-Nəcəfə
4
  sığındılar;  amma  tazı  və  parslar  Təllü-Nəcəfin  üzərinə 
çıxmadılar.  Bu  əməl  bir  neçə  dəfə  təkrarlandı;  yəni  tazılar  geri  qayıtdıqda, 
ceyranlar təpədən aşağı enir, təqib edildikdə isə, təkrar o təpəyə sığınırdılar. Xəlifə 
                                                 
1
 Hal-hazırda «Qorqan» adlandırılır.  
2
 Ov itinə deyilir.  
3
 Pələngə oxşayan yırtıcı heyvan. 
4
  «Nəcəf»,  lüğətdə  suyun  yetişdiyi  təpəyə  deyilir.  Nəcəf  Selin  ev  və  məzarlara  mane  olan  Kufənin  arxasındakı  su 
bəndinin adıdır. Həzrət Əlinin (ə) məzarı o bəndin yaxınlığındadır. Bu səbəbdən, Fiyruz Abadi Qamusun da Nəcəfi 
bu şəkildə məna etişdir.  


 
43 
tazıların  təpənin  üzərinə  çıxmadıqlarını  gördükdə,  o  yerdə  bir  sirr  olduğunu 
düşündü.  Xidmətçilərinə  yerli  camaatdan  yaşlı  bir  adamı  onun  hüzuruna 
gətirmələrini əmr etdi. Bir ağsaqqal tapıb gətirdilər. Xəlifə o adamdan «Bu təpədə 
nə  sirr  vardır  ki,  tazılar  ceyranların  ardınca  onun  üzərinə  çıxmırlar?»  -  deyə 
soruşdu.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin