Hafiz: «Amma mən belə açıq və qəti buyurduğunuz kimi mövlamız Həzrət
Əlinin (kərrəməllahu vəchəhu) onda ixtilaf etmişlər. Bəziləri Kufənin Qəsrül-
imarəsində, bəziləri Kufənin məscidinin qiblə tərəfində, bəziləri Kufə məscidinin
Kəndə qapısında, bəziləri Kufə Rəhbəsində və bəziləri də Bəqi qəbristanında
Fatimə (ə.s) qəbrinin kənarında olduğunu söyləmişlər. Bizim Əfqanıstanın Kabul
şəhərinin yaxınlarında «Məzari-Əli» adında bir qəbir vardır. Deyirlər ki, mövlamız
Əlinin cənazəsini bir sandığa qoyub sonra onu bir dəvənin üzərinə bağlayaraq,
Mədinəyə doğru apardılar; bəziləri sandığın içərisində qiymətli əşyaların olduğunu
güman edərək, karvanı qarət edib, onu apardılar; Sandığın ağzını açdıqda, həzrətin
mübarək cəsədini gördülər. Onu Kabula gətirib, dəfn etdilər. Bu səbəbdən, o
bölgənin əhalisi məzara ehtiram edirlər».
Dəvətçi: «Bütün bu mübahisəli fikirlər o həzrətin (ə) qəbrinin gizli qalmasını
əmr etməsinə görə ortaya çıxmışdır; təfsilatıyla izah etmək istəmədim. Bu
səbəbdən imam Cəfər (ə) ibn Məhəmməd Sadiqdən (ə) belə bir rəvayət nəql
edilmişdir: «Əmirəl-möminin həzrət Əli (ə) vəfat anında oğlu ima Həsənə (ə)