45
Buyurduğunuz «Həzrət Əlinin (ə) məzarı Kabulun yaxınlığındadır» fikri,
həqiqətən, çox gülünc, tamamilə yalandır və bu hadisə, doğru bir xəbərdən daha
çox əfsanəyə yaxındır.
Daha çox sizin alimlərinizə heyrət edilməlidir. Çünki hər yerdə mütəhhər
Əhli-beytdən (ə) və onların sözlərindən uzaq durmuşlar; hətta ixtilaf çıxmaması
üçün atalarının qəbrinin yerini övladlarından soruşmağa belə hazır olmamışlar.
Çünki «Ev əhli» evdə olanı daha yaxşı bilir; o həzrətin (s) övladlarının atalarının
dəfn edildiyi yeri başqalarından daha yaxşı bilmələri gün kimi aydındır.
Əgər o zikr edilmiş yerlərdən hər hansı biri doğru olsaydı, hər halda
Əimmeyi-əthar
1
öz şiələrinə xəbər verərdilər. Əksinə, Nəcəful-əşrəfə yönəlmişlər.
Hətta özləri belə Əmirəl-möminin (ə) Nəcəfdəki qəbrinin ziyarətinə gediş və şiələri
də bu işə təşviq etmişlər.
Səbt ibn Covzi «Təzkirə» kitabının 103-cü səhifəsində müxtəlif rəvayətlər
zikr etmişdir: «
Altıncı rəvayət də budur ki, həzrət Əlinin (ə) qəbri bu gün
Dostları ilə paylaş: