46
«Darül-imarə»
1
olan İrana doğru hərəkət etdilər. Əhməd «Qəsri ibn Hübəyrə»yə
gedərək, orada məskunlaşdı və övladlarının hamısı dinə xidmətlə məşğul oldular.
Məhəmməd və Əli Kirana azim oldular. Cənab Əli Kirmana tabe olan və 30
fərsəx məsafəsi olan Sircanda sakin oldu. Oğulları və nəvələri o şəhərdə təbliği
işlərlə məşğul oldular. Məhəmməd
2
Kirmana gəldi. Ondan Əbu Əli əl-Həsən,
Məhəmməd Hüseyn Şəyyiti və Əhməd adında üç uşaq yadigar qaldı. Onlara
da çox
şərəfli nəvələr nəsib oldu. Məhəmməd Hüseyn və Əhməd Kərbalaya qayıtdılar və
atalarının qəbri kənarında ömürlərini başa vurdular. Onların nəslindən Kərbəla və
ətrafında məşhur böyük qəbirlər vardır. Məsələn, möhtərəm Ali Şəyyiti və Əli
Fəxar seyidlərinin qəbiləsi ki, Məhəmməd Hüseyn Şəyyitinin nəslindəndirlər və
Əli Əbu Nəsr və Əli Təmə seyidləri də «ərvahuna fədah»ın
3
möhtərəm
xidmətçilərindən idilər. Onlar da Əhmədin nəslindəndirlər.
Əbu Əli əl-Həsən isə Şiraza gəldi. Şiraz əhalisi mütəəssib əhli-təsənnün,
ümumiliklə nasibi və xəvaric təqibçilərindən idilər. Əhli-beytə (ə) qarşı məxsus bir
ədavətləri olduqlarına görə, Əli əl-Həsən seyid olduğunu gizli saxladı. Buna görə
də, ərəb libasıyla şəhərin kənarındakı çuxur bir yerdə
4
ev tikib, orada yerləşdi.
Şirazın Sərdəzəq məhəlləsində evləri olan şiə ailələri müəzzəm imamzadələrlə
əlaqə qurdular. İmamzadələr də, gizli bir şəkildə dini təbliğat və vilayət haqqında
həqiqətləri yaymaqla məşğul oldular.
Əbu Əli Əhməd vəfat etdikdən sonra onun böyük oğlu Əbu Təyyib təbliğat
sahəsini genişləndirdi, yavaş-yavaş şöhrəti artmağa başladı. Müxaliflərdən çoxu
hidayət olub, haqq yolunu tapdılar. Artıq şiə cəmiyyəti çoxalmağa başladı.
Müəzzəm imamzadələrin təbliğat və təşəbbüsləri nəticəsində əhəmiyyətli
təşkilatlar quruldu. Hətta Şirazda «Sadati-Abidi və Mücabi» adında təbliğat
minbərləri bərpa edildi.
1
Bütün millərlərə aid olan yurd
2
«Hairi» ləğəbiylə məşhurdur.
3
Həzrət Hüseynin (ə) hərəmi.
4
Yavaş-yavaş şəhər genişləndi. Qacaro səltənətinin əvvəli olan Məhəmməd xan Qacarın səltənəti zamanına qədər
artıq şəhərin çevrəsindəki xəndək və çuxurlar şəhərin cüzi bir hissəsi oldu. İmazadələrin evlərdə təbliğat apardıqları
məhəllə indi də Şirazda məhşurdur. Həmin məhəllədə məhşur olan məscid İran padşahı Kərim xan Zəndin qardaşı
mərhum şeyx Əli xan Zənd tərəfindən o əsrlərin tanınmış alimlərindən olan bizim böyük cəddimiz mərhum Hacı
seyid İbrahim Müctehid üçün tikdirilmişdi.
47
Öz qohumlarını dini təbliğ etmək üçün dəstə-dəstə kəndlərə göndərir, bir az
olsun belə, dini xidmət və təbliğdən çəkinmirdilər. Onların təbliğat sahəsi İranın
ətrafındakı şəhərlərdə getdikcə genişlənirdi. Şiəliyi seçən Diyaləmə zamanında
Qazan xan (Mahmud) və Ulcayitu (Sultan Məhəmməd Xudabəndə) səltənəti
dövründə və tamamilə azad olduqları Səfəviyyə zamanında şiə aləminə böyük
xidmətlər edildi; İran şəhərlərinin çoxunda şiə imamiyyə məzhəbinin həqiqətləri bu
uca ailə vasitəsiylə yayılmış oldu.
Dostları ilə paylaş: