55
Bunu da xatırlatmaq istəyirəm ki, həqiqət ortaya çıxdıqdan sonra
utanmamağınız üçün daima söz və əməllərinizə olduqca diqqət göstərin.
Əgər icazə verirsinizsə, sözlərim də təbiətinizə əks deyilsə, məsələnin
buyurduğunuz kimi olmadığını isbatlayım».
Hafiz: «Əlbəttə, buyurun, onsuz da bu məclisin təşkil edilməsi və bizim bura
toplanmağımız həqiqətlərin ortaya çıxması və şübhələrin aradan getməsi üçündür;
qətiyyən dəlilə söykənən sözlərdən narahat olmuruq».
Dostları ilə paylaş: