61
firqə əhd və beyəti pozan düşmənlərin, bir firqə də azğın olan və sənin haqqında
həddi aşan ifratçılar. Ya Əli! Sən və şiələrin Cənnətdəsiniz, şiələrinin dostları da
Cənnətdədir; düşmənlərin və sənin haqqında həddi aşanlarsa Cəhənnəm
odundadırlar».
Söhbət bu yerə yetişdikdə, əzan səsi eşidildi, ağalar namaz qılmaq üçün ayağa
durdular. Namaz qıldıqdan sonra çay içməklə məşğul olunduğu vaxtda camaat
namazını qılmaq üçün məscidə gedən möhtərəm seyid Əbdülhəy ağa da namazı
qılıb, geri döndü və «Ev yaxın olduğu üçün bu bir neçə cild kitabı da özümlə
gətirdim. Bunlar, «Təfsiri-Syuti», «Məvəddətül-qurba», «Müsnədi-Əhməd ibn
Hənbəl» və «Mənaqibi-Xarəzmi»dir» - dedi
1
.
Kitabları açıb eyni söylənilən hədislər və məsələni təyid edən digər bir neçə
hədis də oxundu. Ağaların rəngi dəyişdi, xüsusilə öz təqibçilərinin yanında
məhcub
2
olduqları diqqət çəkirdi. Bu vaxt bir az öncə zikr edilən hədisi
«Məvəddətül-qurba» kitabında oxudular; üstəlik yeni qarşılaşdıqları digər iki
hədisi də oxudular. Rəvayət edilir ki, Rəsulallah (s) belə buyurub:
«
Ya Əli! Yaxın bir zamanda sən və şiələrin Allahın sizdən, sizin də
Dostları ilə paylaş: