62
Möhtərəm ağalar, biz şiələr yəhudi deyilik; biz Məhəmmədiyik (s). Həzrət
Əlinin (ə) təqibçilərini «şiə» adlandıran da məlun Əbdullah ibn Səba deyil,
Rəsulallahın (s) şəxsən özüdür. Biz Əbdullah ibn Səbanı müvafiq və məlun bir kəs
bilirik. Dəlil və bürhansız da heç bir fərd və ya dəstəyə uymayın.
Sizin dediyiniz kimi, həzrət Əlinin (ə) təqibçilərinin şiə adlandırılması
Osmanın zamanında olmamışdır. Rəsulallahın (s) öz zamanında o həzrətin (s) xas
səhabəsinə «şiə» söyləyirdilər. Çünki Hafiz Əbu Xatəmi Razi alimlər arasında
ütədavil (etibar edilən) kəlamları təfsirinə yazdığı «Əz-zinət» kitabında belə yazır:
«İslamda Rəsulallahın (s) öz zamanında ortaya çıxan ilk ad «şiə»dir. Əshabdan
dörd nəfəri «şiə» ləğəbiylə çağırırdılar: Əbuzər Ğəffari; Salman Farsi; Miqdad ibn
Əsvədi Kəndi və Əmmar ibn Yasir.
Qardaşlar düşünün, əgər bu termin bidət olsaydı, Rəsulallahın (s) zamanında
həzrətin (s) məxsus əshabından olan dörd nəfəri «şiə» ləğəbiylə çağırmaları və
Peyğəmbərin (s) də bu kəlmənin bidət olduğunu bilib, onları nəhy etməməsi
mümkündürmü?! Bu səbəbdən, onların – Əli (ə) şiələrinin qurtuluş əhli olduğunu
həzrət Peyğəmbərin (s) bilavasitə özündən eşitmiş olduqları məlum olur. Baxın,
buna görə belə bir məqamla iftixar edirdilər və əshab aşkar şəkildə onları şiə adıyla
çağırırdı».
Dostları ilə paylaş: