müxalifət edən mənə, mənə müxalifət edən isə, Allaha müxalifət etmişdir».
Rəsulallahın (s) zamanında və ondan sonrakı zamanlarda Mədinəyə gedib
müsəlman olan hər iranlı O həzrətin (ə) itaət və səfində yer alırdı. Buna görə də II
xəlifə qəzəblənərək, onlar üçün bəzi hüdudlar qoydu. Bu məhdudiyyət və təzyiqlər
onların qəlbində bəzi ədavət və kinin yaranmasına səbəb oldu. Xəlifənin,
Rəsulallahın (s) əmr və davranışına zidd olaraq onları qovması və İslami
haqqlardan məhrum etməsinə görə çox kədərləndilər.
Bunlara əlavə olaraq, iranlıları hər şeydən daha çox həzrət Əliyə (ə) və Əhli-
beytinin (ə) müqəddəs məqamına istiqamətləndirən, O həzrət (ə) haqqında geniş
təhqiqat aparmaları və qəlblərində ona qarşı məhəbbət bəsləmələrinə səbəb olan
şey, onların Əmirəl-mömininin (ə) Əsir düşmüş şahzadələrini müdafiə edib,
qoruması olmuşdur.
Mədain
1
(Tisfun) əsirlərini Mədinəyə gətirəndə, II xəlifə əsir olan bütün
qadınları müsəlmanlara cariyə (kəniz) verilməsini əmr etdi. Əmirəl-möminin Əli
(ə) bu işə mane olub, belə buyurdu:
«Şəhzadələr müstəsna və möhtərəmdirlər, İran şahı Yezdəkirdin iki qızı