67
Allah-təala Şahi-Zənəndən Məhəmmədə bir övlad verdi (İmam Cəfər Sadiqin
anası olan Ümmü Fərvənin babası Qasim Fəqihi). Şəhribanudan da imam Hüseynə
(ə) imam Zeynul-Abidin (ə) bağışladı.
Bu xəbər və həzrət Əlinin (ə) şahzadələri qoruması məsələsi iranlılara
yetişdikdə, imama (ə) xüsusi bir maraq göstərdilər; bu göstərilən maraq Əmirəl-
möminin (ə) haqqında dərin bir şəkildə təhqiq aparmalarına səbəb oldu.
Xüsusilə də, İran müsəlmanların əliylə fəth edildikdən sonra müsəlmanlarla
yaxından təmasda olmaları nəticəsində, o həzrətin (ə) vilayət, imamət və xilafət
məqamını isbatedici dəlillərlə öyrənib, qəlbən ona bağlandılar. Mane və
məhdudiyyətlər aradan getdikdə, vəziyyət münasib olduqda, öz inanc və
əqidələrini açıq-aydın söyləyib, məzhəblərini aşkar etdilər.
Bu əqidənin ortaya çıxması və məzhəbin mövcudluğunun Harun və Məmunun
zamanı və Səfəvilərin səltənət dövrüylə heç bir əlaqəsi yoxdur! Səfəvilərin səltənət
dövründən 700 il əvvəl haqq olan şiə məzhəbi İranda zühur etmişdir, yəni hicri IV
əsrdə İranda Hakim Diyalemi Əli Buyeye devrildikdən sonra bu həqiqətin
üzərindən pərdə götürülmüşdü. Beləcə, iranlılar tam bir azadlığa qovuşub,
qəlblərində gizli qalan məzhəbi aşkar etdilər.
Dostları ilə paylaş: