dərilidən elm və təqvadan başqa heç bir üstünlüyü yoxdur».
Yenə Rəsulallah (s) alim və təqvalı şəxslərin məsələni səhv başa düşüb,
buruğundan sənəd əldə etməmələri, təvazökarlıqdan uzaqlaşıb, başqalarına qarşı
kibr və mənəmçilik göstərməmələri üçün belə buyurdu:
«Ərəbdən olmağım iftixar deyildir; Adəm (ə) övladlarının seyidi (ağası) olmağım da iftixar deyildir».
Zikr edilən bu cümlənin məxsus mənası budur ki, ərəb və Adəm (ə)
övladlarının ağası-şərəflisi olmağıma baxmayaraq, bu məqam və soyla başqalarına
qarşı öyünmürəm. Peyğəmbərin (s) iftixarı, sadəcə Allahın itaətkar qulu olmasıdır.
Allaha yalvarışlarında bel ərz edirdi:
«Allahım! Sənə qul olmağım mənə iftixar olaraq yetər».
Allah-təala «Hucurat» surəsinin 13-cü ayəsində belə buyurmuşdur:
«Ey insanlar! Həqiqətən, Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Həqiqətən, Allah