13
Batil əhli davamlı surətdə haqq görünməyə çalışır və bu yolla xalqı aldatmaq
üçün səy göstərirlər. Ayıq və məlumatlı insanlar ağıl, elm və məntiq silahıyla batil
pərdələri yırtmalı, özlərini zəlalət çuxurundan xilas etməlidirlər.
Mən sadəcə təbliğ edirəm,
İstər ibrət al, istər üz çevir.
Peyğəmbərin (s) buyurduğu kimi,
«Qullara təşəkkür etməyən, Yaradana
şükr etməz». Mən də bu kitabın hasil olmasında əməyi olanlara təşəkkür etməyi
özümə borc bilirəm. Bilavasitə özləri məndən adlarının yazılmamasını istədikləri
üçün adlarını zikr etmirəm. Onlar həqiqətdə vilayət məqamıyla mübadilə etmiş və
Allahdan savab diləmişlər. Uca Allahdan onlara əbədi səadət verməsini, dünyada
bərəkətli həyat sürmələrini, axirətdə də Əhli-beyt (ə) ilə məşhur olmalarını
diləyirəm. Allah onların bu əməlini qəbul və axirət sərmayələrindən etsin.
Dostları ilə paylaş: