etmişdir; onlara nifrət edən bizi sevmişdir. Kafir və müfəvvize 1 olan ğulat, müşrikdirlər; Allah ğulata lənət etsin».
Yenə şiənin böyük rəhbərlərindən olan ima Cəfər Sadiqin (ə) belə
buyurduğunu nəql etmişlər:
«Allah, Əbdullah ibn Səbaya lənət etsin; o Əmirəl-möminin Əli (s) haqqında rübubiyyət (ilahçılıq) iddiası etdi. Allaha And olsun ki, Əmirəl- möminin Əli (ə) Allahın itaət edən qulu idi. Bizə böhtan deyən qullara yazıqlar olsun! Bəzi kəslər söyləmədiyimiz şeyi bizim haqqımızda söyləyirlər. Biz onlardan bizarlıq edib, Allaha sığınırıq. Yenə biz onlardan bizarlıq edib, Allaha sığınırıq».
Şiə fəqihlərinin iftixarı olan Əbu Cəfər Məhəməd ibn Əli ibn Hüseyn ibn
Musa ibn Babeveyh Qummi (quddisə sirruh) «Əqaidi-Səduq» kitabında şiənin
etibarlı ravilərindən, Əhli-beytin (ə) elmini qoruyanlardan və həzrət Baqirul-ulum
(ə) və həzrət Sadiqin (ə) əshabından olan Zürarə ibn Əyəndən belə bir rəvayət nəql
etmişdir:
«İmam Sadiqə (ə) «Əbdüllah ibn Səbanın övladlarından biri təfvizə inanır» - deyə ərz etdim. İmam (ə) «Təfviz nədir?» soruşdu. Ərz etdim: «Allah-təala Məhəmməd və Əlini yaratdı, sonra qulların işlərini onlara təfviz etdi (öhdəsinə buraxdı). Onlar da yaratdılar, rizq verdilər, diriltdilər və öldürdülər». İmam (ə) bu sözü eşidəcək, belə buyurdu: «Allahın düşməni yalan söyləmişdir; gedib,