14
SƏFƏRİN BAŞLANĞICI
1345-ci hicri-qəməri ilinin rəbiül-əvvəl ayında, otuz yaşındaykən müqəddəs
ziyarətgahlara müşərrəf olduqdan və məsum imamların (Allahın minlərcə Salavat
və salamı olsun onlara) qəbirlərinin ziyarətlərindən ayrıldıqdan sonra Hindistan
yoluyla səkkizinci imam mövla Əbülhəsənir-Riza həzrət Əli (ə) ibn Musanın (ə)
türbəsini ziyarət etmək üçün Xorasana doğru hərəkət etdi. Yolumun üstündə olan
Hindistanın iki əhəmiyyətli liman şəhəri olan Karaçi
1
və Bombeyə çatdıqda, bu
səfərim məşhur qəzetlərdə yer aldı. Hindistanın uzaq şəhərlərindən köhnə, səmimi
və mömin dostlar ölkələrinə gəldiyimdən xəbərdar olduqda, məni yaşadıqları
bölgələrə dəvət etdilər və məcbur qalıb, dəvətlərini qəbul etdim. Dehli, Akire,
Lahuri-pəncab, Siyalqut, Kəşmir, Heydərabadi-behar, Lapur, Küveyt və digər
şəhərlərə getdim. Getdiyim hər yerdə xalq tərəfindən iztihamla və sevgiylə
qarşılandım.
Bu önəmli şəhərlərin çoxunda müxtəlif din və məzhəb alimləri ilə münazirə
(bəhs) məclisləri təşkil olunurdu. Əhəmiyyətli münazirə məclislərindən biri Dehli
şəhərində – Hindistanın rəhbəri Qandinin də olduğu Hindu və Brahman din
adamlarıyla edilən münazirəydi. Bu münazirə o günün qəzetlərində geniş şəkildə
yer aldı. Allah-təalanın qüvvəsi və həzrət Xatəmul-ənbiyanın (s) xüsusi lütfüylə
müvəffəqiyyət mənimlə olduğu üçün müqəddəs İslam dini və Haqq məzhəb olan
Cəfəriliyin həqqaniyyətini isbat etdim.
Sonra «Dürrül-Nəcəf» adlı həftəlik jurnalın möhtərəm müdiri cənab Əbülbəşir
Seyid İnayət Əli şah Nəqəvinin rəhbərliyi ilə Siyalkut şəhərinin «İsna Əşəriyə»
dərnəyi tərəfindən dəvət edildim. Daha sonra o bölgəyə doğru hərəkət etdim.
Risaldar Məhəmməd Əkrəm xanın oğlu və Kolenl Məhəmməd Əfzəl xanın qardaşı
və köhnə səmimi dostum olan cənab Sərdar Məhəmməd Sərvərxan Risaldar
2
müxtəlif şəxslərdən ibarət böyük bir heyətlə məni qarşıladılar və hamılıqla birlikdə
onların evinə getdik. Hindistanın Qızılbaş ailəsinin məşhur sərdarları Pəncabda
1
Karaçi hal-hazırda Pakıstanın şəhəri, Bambey isə Hindistanın Lian şəhəridir.
2
Bu kitabın nəşr olunduğu tarixdə Allahın rəhmətinə qovuşdu. Rəhmətullahi əleyh.
16
Bir gün minbərdən aşağı enmək istədikdə, böyük alimlərdən olan Hafiz
Məhəmməd Rəşid və Şeyx Əbdüssalam adında iki nəfərin gəldiklərini və mənimlə
görüşmək istədiklərini xəbər verdilər. Vaxt alıb, hər gün axşam namazından sonra
ardıcıl olaraq 10 gecə yanıma gəldilər. Hər gecə vaxtımız 6-7 saat, bəzən də sübhə
qədər davam edən elmi söhbət və mübahisələrlə keçirdi. Son gecədə əhli-sünnətin
böyük şəxsiyyətlərindən altı nəfər haqq olan şiə məzhəbinin qəbul edərək şiə
olduqlarını elan etdilər.
Tanınmış qəzet və jurnalların müxbirlərindən 4 nəfər hər iki məzhəbin
möhtərəm şəxsiyyətlərindən təxminən iki yüyz nəfərin iştirak etdiyi bu toplantıda
hər iki tərəfin söhbət və münazirələrini qeyd edib, səhəri gün onları qəzet və
jurnallarda nəşr edirdilər. Mən də bu gecələrdə gerçəkləşən söhbət və bəhsləri
həmin qəzet və jurnallardan toplayaraq, siz möhtərəm oxucuların huzuruna təqdim
edirəm. Məhz bu səbəbdən də kitabı «
Pişavər gecələri» adlandırdım.
Möhtərəm ədəbiyyatçılar kitabda gördükləri xətaları qüsur bilməməlidirlər.
Çünki münazirə zamanı heç kəs söz və cümlələrin gözəlliyinə
diqqət etmir; insanın
bütün diqqəti məna və həqiqətlərdə cəmlənir. Qəzet və jurnallarda dərc olunan
bəhs və sözlərin heç biri dəyişdirilmədən möhtərəm oxujuların huzuruna təqdi
edilmişdir.
Bu mübahisə və münazirələrdə haqqında danışılan mövzular, Qurani-kərim,
mötəbər hədislərdən istifadə edilənlər və mühəqqiq, ustad və din alimlərinin
önəmli sözləri ilə qeybi lütflərdir.
Dostları ilə paylaş: