Китабын ады


Unəqa mənzilinə özüm yetişdim



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə9/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   5   6   7   8   9   10   11   12   ...   314
2 5290018709182616340

Unəqa mənzilinə özüm yetişdim 
Bu mərhələni Süleymanın quşuyla aşdım.  
 
Pişavərin böyük şəxsiyyətlərindən və sakini olduğum Evin sahibi olan Mirzə 
Yaqub  Əli  xan  Qızılbaşın  evi  kifayət  qədər  geniş  və  böyük  bir  camaata  ziyafət 
vermək  üçün  hər  cür  imkana  malik  olduğundan,  münazirə  məclisləri  orada  təsis 
edildi. Tam 10 gecə mübahisə məclisi təşkil edildi; camaata olduqca səmimiyyətlə 
ziyafətlər verildi. 


 
17 
BİRİNCİ GECƏ 
 
23 rəcəb, cümə gecəsi, 1345-ci il (1924) 
Hafiz
1
 Məhəmməd Rəşid, Şeyx Əbdüssalam, Seyid Əbdülhəy və onların alim 
və böyüklərindən olan bir qrup insan gecənin ilk saatlarında gəlib, məclisdə hazır 
oldular.  Onlara  qarşı  həddindən  çox  isti  davrandıq  və  səmimi  olan  bu  qardaşlara 
ziyafət  verdik.  Buna  baxmayaraq,  onlar  əsəbi  və  narahat  idilər.  Amma  mənim 
cahillərə  məxsus  bir  təəssüb  və  xüsusi  bir  nəzərim  olmadığına  görə,  öz  əxlaqi 
vəzifəmə riayət edirdim.  
Hər iki məzhəbdən (şiə və sünni) ibarət böyük bir camaatın hüzurunda məclis 
başladı.  Qarşı  tərəfdən  rəsmi  olaraq  söhbət  edən  Hafiz  Məhəmməd  Rəşid  idi. 
Bəzən  digərləri  də  icazə  istəyərək,  söhbətə  qatılırdı.  Qəzetlərdə  mənim  üçün 
Hindistanda  ruhanilərin  önəmli  ləqəblərindən  olan  «Qibleyi-Kəbə»  təbiri  istifadə 
olunurdu.  Amma  mən  bu  kəlmənin  adıma  hallandırılmasının  qarşısını  alaraq, 
özümə  «Dəvətçi»,  Məhəmməd  Rəşidə  isə  «Hafiz»  adı  ilə  müraciət  edilməsi 
təklifini irəli sürdüm.  
Hafiz:  «Qibləsahib,  sizin  Pişavərə  gəlişinizdən,  xüsusilə  də  minbərdə 
dediyiniz  sözlərinizdən  sonra  bəhs  məclisləri  artmış  və  ixtilaflar  olduqca 
çoxalmışdır.  İxtilafları  aradan  aparmaq  üzərimizə  düşən  vəzifə  olduğu  üçün 
şübhələri  yox  etmək  məqsədilə  Pişavərə  gəldik.  Bu  gün  də  İmambarə 
Hüseyniyyəsində  diqqətlə  sözlərinizi  dinləyirdik;  sizin  sehrli  bəyanınızı 
eşitdiyimizdən  daha  gözəl  gördük.  Bu  gedə  də,  sizinlə  görüşmək  səadətinə  nail 
olduq. Əgər qəbul etsəniz, sizinlə bir az daha geniş və əsaslı söhbət edərdik». 
Dəvətçi:  «Məmnuniyyətlə  sözlərinizi,  təkliflərinizi  dinləməyə  hazıram. 
Amma bir şərtlə; o da budur ki, lütfən, təəssüb və ədavəti bir kənara qoyub, insaf, 
elm və məntiqlə iki qardaş kimi şübhələri aradan aparmaq üçün söhbət edək, inad 
və qövmü təəssüblərdən uzaq olaq». 
                                                 
1
  Əhli-hədis  istilahında  «Hafiz»  kəlməsi  üçün  müxtəlif  mənalar  söylənilmişdir.  Məsələn  hafiz,  mətin  və  sənət 
baxımından yük min hədis barəsində yaxşı elmi olan, eləcə də, Allahın kitabı və Peyğəmbərin (s) sünnətini qoruyana 
deyilir. Məhz bu səbəbdən də, şiə və sünni alimlərinin çoxuna hafiz deyilir.  


 
18 
Hafiz: «Təklifiniz olduqca yerində deyilən bir təklifdir. Mənim də bir şərtim 
vardır,  çox  güman  ki,  qəbul  edərsiniz.  O  da  budur  ki,  aramızda  bəhs  etdiyimiz 
zaman Qurana əsaslanmalı, Quranın dəlillərindən kənara çıxmamalıyıq». 
Dəvətçi: «Sizin bu ricanız, ağıl sahibləri və üləmanın yanında elmən və əqlan 
doğru deyildir. Çünki Qurani-məcid mücəz
1
, mücməl
2
 və müxtəsər olan müqəddəs 
bir  kitabdır.  Onun  uca  mənalarını  açıqlamaq  üçün  bəyana  ehtiyac  vardır,  biz 
Quranı-məcidin  külliyyatı  əhatəsində,  etibar  edilən  Hədis  və  rəvayətləri  dəlil 
gətirmək məcburiyyətindəyik». 
Hafiz:  «Doğrudur,  sağlam  bir  fikirdir.  Lakin  icmaya  lazım  olan  yerdə 
«mücməun-əleyh»
3
 rəvayət və hədislərdən şahid gətirək; xalqın arasında söylənilən 
rəvayətlərdən  çəkinək.  Başqalarına  oyuncaq  olmamaq  üçün  sərtlik  və  qəzəbdən 
uzaq olaq». 
Dəvətçi: «İtaət edilməsi lazım olan, çox yerində bir söz buyurdunuz. Alim və 
ziyalı, xüsusi ilə seyidlik
4
 iftixarına sahib olan mənim kimi bir şəxsin bütün gözəl 
əxlaqlara sahib olan uca cəddimiz Rəsulallahın
5
  yol və sünnətinə zidd və Qurani-
kərimin əmri
6
 xilafına hərəkət etməsi, əlbəttə ki, doğru deyildir». 
Hafiz:  «Bu  sözümə  nöqsan  tutmayın,  söhbətinizin  əsnasında  özünüzü 
Rəsulallahın (s) soyuna istinad etdiyinizə görə soruşuram; bu onsuz da məlum və 
məşhurdur.  
Mümkünsə, ricamızı qəbul edib, bəsirətimizin artması üçün nəsil şəhərinizin 
Peyğəmbərə (s) kimlərin yolu ilə yetişdiyini açıqlayardınız». 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin