Dördüncü firqə Ğulat fiqəsidir. Onlar Təşəyyü adıyla məşhur olan ən alçaq
qövm və tayfalardır. Hamısı, kafir, nəcis, fasiq insanlardır. Onlar yeddi firqəyə
ayrılmışlar: Səbaiyyə, Mənsuriyyə, Ğərabiyyə, Buzəyğiyyə, Yəqubiyyə,
İsmailiyyə, Əzdəriyyə.
Onların necə meydana gəlməsinin izahını, keçən gecə qısaca olaraq ərz etdim.
Biz şiə camaatı, hətta bütün dünya müsəlmanları onlardan və inanclarından uzağıq
və onları hər nəcisdən daha nəcis və hər kafirdən daha dinsiz bilirik. Lakin
təəssüflər olsun ki, hər inanc şiə adıyla aşkar və ya gizli şəkildə dillərdə küfrlə
məşhur olub, bəzi kitablarda qəsdən, bilərək və ya bilməyərək qeyd edilmişdir. Bu
sözlərin çoxu özlərini Əlinin (ə) şiəsi göstərən həmin bu firqələr tərəfindn ortaya
atılmışdır.
Ancaq dünyada sayları yüz milyonu keçən on iki ima (ə) şiəsi bu fasiq
inanclardan uzaqdır. Rəsulallahın (s) elm qapısı olan Əmirəl-möminin həzrət Əli
(ə) vəsiləsiylə onlara yetişən şəriətin özüdür. Dinin əsası və pak inanc onların
yanındadır.