On iki imam (ə) şiəsi haqq olan, əql və nəqlə uyğun şəriətin özünə sahibdir.
Həqiqi olan şiələr bax bunlardır. Amma öncə bəhs edilən o dörd firqə saxta
şiələrdir.
Bu şiə adlandırılanların əqidəsini, sonradan həqiqi şiələrə yanlış nisbətlər
verməməniz üçün qısaca olaraq sizə ərz etmək istəyirəm.
İmamiyyə şiə camaatı Allah-təalanın varlığına, bənzəri və bərabəri, həmçinin
cisim, surət, cövhər və ərəz olmadığına və bütün imkanı sifətlərdən uzaq olduğuna
inanırlar. Bütün ərəz və gövzərləri yaradan Odu rvə varlıqları yaratmada və onlara
feyiz vermədə şəriki yoxdur.
Ariflərdən bəziləri Allah-təalada olmayan sifətləri vəsf edən şerlərində belə
zikr etmişlər: