98
aləmlərin Rəbi insanların onu görəcəyi bir şəkildə gəlib, «Mən sizin Rəbbinizəm»
deyəcəkdir. İnsanlar onu gördükdə, «Biz səndən Allaha sığınırıq, Allaha şərik
qoşmayın» deyəcəklər. Bunun üzərinə belə buyuracaqdır: «Görəsən, sizində Allah
arasında, Allahı tanıyacaq bir nişanə vardırmı?» İnsanlar, «Bəli, vardır»
deyəcəklər. Bu halda Allah ayağını (onlara göstərmək üçün) açacaqdır. Daha sonra
insanlar başlarını yuxarı qaldırıb, Rəbblərini ilk gördükləri şəkildə görəcəklər.
Sonra «Mən sizin Rəbbinizəm» deyəcəkdir. İnsanlar da, «bəli, sən bizim
Rəbbimizsən» deyəcəklər».
Allah xatirinə insafla söyləyin, Allah-təalanın mücəssəm olub, bir cisim
şəklində özünü insanlara göstərməsi və ya ayağını açıb onlara nişan verməsi
küfredici sözlər deyilmi? Sözümüzün isbatına ən böyük dəlil budur ki, Müslim
Allah-təalanın görünməsinin isbatı xüsusunda xüsusi bir bab açmış, Əbu Həurəyrə
Zeyd ibn Əsləm, Süveyd ibn Səid və digərlərindən yalan və uydurma hədislər nəql
etmişdir. Böyük alimləriniz, məsələn Zəhəbi «Mizanul-Etidal», Syuti «Əl-ləalil-
məsnuəti fi əhədisil-movzuəti» və Səbt ibn Covzi «Əl-Movzuat» kitabında onların
uydurma olduğunu açıq dəlillərlə bəyan etmişlər. Bu sözlərin batilliyinə dair dəlil
hədis və rəvayətlərin, Qurani-kərimin bir çox aşkar ayələridir. Quranın bu ayəsi
açıq-aydın Allah-təalanın görülməsini inkar edir:
«
Gözlər Onu (Allahı) idrak edə bilməz (görə bilməz); O, bütün gözləri idrak
Dostları ilə paylaş: