Китабын ады


HƏZRƏT MUSANIN (Ə) ÖLÜM MƏLƏYİNİN (ƏZRAYIL)



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə103/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   99   100   101   102   103   104   105   106   ...   314
2 5290018709182616340

HƏZRƏT MUSANIN (Ə) ÖLÜM MƏLƏYİNİN (ƏZRAYIL) 
ÜZÜNƏ SİLLƏ VURMASI 
 
Cənab  seyid  Əbdülhəyyin  bu  növ  yalan-palan  sözləri  nəql  edən  Əbu 
Hüreyrəni müdafiə etməyə qalxması, Buxari və Müslim ki, fikr etmədən xurafatı 
nəql etməsi və möhtərəm ağaların da haqqında ğuluv etdikləri Səhihlərinin güman 
etdikləri  kimi  olmadığını  yəqin  etmələri  üçün  daha  gülünc  bir  hədisi  nəzərinizə 
çatdırıram: 
Buxari «Səhih» kitabının I cildinin 158-ci səhifəsində cənazə bablarından olan 
«Mən  Əhəbbəd-Dəfnə  fil-Ərzil-Müqəddəsəti  min  əbvbabil-cənaiz»,  «Səhih»in  II 
cildinin 163-cü səhifəsində isə «Vəfati-Musa» babında və Müsli də «Səhih»İnin II 
cildinin  309-cu  səhifəsində,  «Fəzaili-Musa»  babında  Əbu  Hüreyrədən  hədis  nəql 
etmişlər: «Ölüm mələyi həzrət Musanın yanına gələrək «Rəbin dəvətini qəbul et» 
dedi, Musa ölüm mələyinin gözünə bir zərbə vuraraq, onun gözünü çıxartdı. Mələk 
qayıdıb, Rəbbinə belə dedi: «Məni, ölmək istəməyən bir quluna doğru göndərdin, o 
da  vurub,  gözümü  çıxartdı».  Allah-təala  mələyin  gözünü  özünə  qaytarıb  belə 
buyurdu:  «Yenidən  qulumun  yanına  get  və  de  ki,  dünya  həyatını  istəyirsən?!  Bu 
halda əlini öküzün belinə qoy, əlinə nə qədər tük çıxarsa hər bir tükün sayı üçün bir 
il yaşayacaqsan». 
İmam  Əhməd  ibn  Hənbəl  Müsnədinin  II  cildinin  315-ci  səhifəsində, 
Məhəmməd  ibn  Cərir  Təbəri  də  öz  «Tarixi»nin  I  cildində  həzrət  Musanın  (ə) 
vəfatını  zikr  edərkən,  həmin  hədisi  az  bir  fərqlə  nəql  etmişdir.  O  da  bu  şəkildə: 
«Həzrət  Musa  (ə)  zamanında  Mələkul-Movt  (Əzrayıl)  bəndələrin  ruhunu  almaq 
üçün açıq bir şəkildə gəlirdi, amma həzrət Musa (ə) üzünə zərbə vuraraq gözünü 
kor etdiyi andan etibarən, məxluqatın ruhunu almaq üçün gizli bir şəkildə gəlir». 
Çünki  cahil  insanların  sağlam  gözünü  də  kor  etmələrindən  qorxur!  (məclisdə 
olanların çoxu qəh-qəhə ilə güldülər).  
İndi  siz  ağalardan  insafla  hökm  verməyiniz  istəyirəm.  Görəsən,  sizin  də 
özünüzü  saxlaya  bilməyib  güldüyünüz  bu  rəvayət  uydurma  və  xurafat  deyilmi? 


 
104 
Mən  belə  uydurma  və  xurafat  hədisi  düşünmədən  qələmə  alan  yazıçı  və  ravilərə 
heyrət edirəm.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin