106
və binanın sağlamlığından anlamaq mümkündür. Belə isə hər usta və əsəri onun
cəhətlərinin bir cəhətinə kamil bir dəlildir. Rəsulallah (s) və pak Əhli-beyti (ə)
bütün uca mövqelərə sahib olduqlarına görə ONlardan daha sağlam bir əsər və
ONlardan daha əhatəli bir məxluq yoxdur. Belə isə, Allahın mərifətinə onlardan
daha açıq və daha əhatəli bir yol olmamışdır. Allahın mərifət yolları, sadəcə Onlar
ola bilmişlər. Onları tanıyan Allahı tanımışdır. Çünki məsum İmamların (ə) özləri
buyurmuşlar: «
Bizim vəsiləmizlə Allah tanınır, bizim vəsiləmizlə Allaha ibadət
edilir…» (Yəni Allahın mərifət və ibadət yolu bizim əlimizdədir).
Xülasə, Allahı (tam anlamaqla) tanımağın yolu bu şəni uca ailədir. Əgər bu
ailənin rəhbərliyi olmadan insanlar yol tapmaq istəyərlərsə, zəlalət vadisində,
çaşqınlıq içərisində qalarlar; zəlalət vadisində məhv olanın rəhbərsiz halda səadət
evinə yetişməsi imkansızdır. Bax, buna görə iki tərəfin də ittifaq etdiyi bir hədisdə
Rəsulallah (s) belə buyurmuşdur:
«
Ey insanlar! Mən aranızda iki dəyərli əmanət qoyuram, (ehtiyac
Dostları ilə paylaş: