bir ağac kimidir».
Danışığınızda dəfələrlə şirk və müşrik kəlmələrini işlətdiniz. Boş və əsassız
dəlillərlə Allahı tək bilən şiələri müşrik adlandırdınız. Bu kimi sözləriniz
məlumatsız əhli-sünnət qardaşların üzərində təsir buraxa, şiələri müşrik bilmələrinə
səbəb ola bilər. Necə ki, indiyə qədər də bu təsir qalmaqdadır. Başqa tərəfdən,
burada olan şiələr də bu sözlərinizdən çox narahat olurlar. Sizə qərəzli bir alim və
iftiraçı gözüylə baxırlar. Çünki onlar əqidələrində sizin dediyiniz sözlərin heç
birinin olmadığını görürlər. Bu halda, sözlərinizə diqqət yetirib elə cümlələr
söyləyin ki, həm haqq bəlli olsun, həm də qəlblərdə sizə qarşı məhəbbət yaransın.
Burada olan və olmayan əhli-sünnət qardaşların zehinlərinin aydınlıq tapması
üçün əgər izn versəniz, məcburiyyət qarşısında, məclisimizin vaxtını da nəzərə
alaraq, Əllamə Hilli, Mühəqqiq Tusi, Əllamə Məclisi kimi şiənin iftixarı və
dahiləri olan böyük tədqiqatçı alim, fəqih və həkimlərinin – Mola Sədra, Mola
Novruzi, Əli Taliqani, Mola Hadi Səbzəvari, Mərhum Feyzi Kaşani və Fəyyaz
Lahicani kimi başqa həkim və tədqiqatçıların, Quranın ayələri, Əimmeyi-Ətharın
(ə) uca əmrlərindən istifadə edərək şirk və müşrik mövzusundakı etiqadlarını ərz
edəcəyəm. Belə ki, burada əyləşənlər güman etməsinlər ki, şirkin mənası Hafiz
qardaşın buyurduğu kimidir».