Hafiz: (əsəbi bir şəkildə). «Buyurun, buyurun».
Nəvvab: Qibləsahib! «Məclisdə iştirak edənlərin hamısı alim olmadığına
görə, bəzi mövzuları və terminləri anlamaq onlar üçün imkansızdır. Rica edirəm,
sözlərinizi olduqca aydın və sadə söyləyin. Təkcə alimləri nəzərdə tutub,
cavablarınızı onlara yönəltməyin. Xüsusilə, Hind və Pişəvərdən olanlar ali təhsilli
deyillər. Bu səbəbdən, qarışıq və çətin anlaşılan mövzulardan çəkinməyinizi xahiş
edirəm».
Dəvətçi: «Nəvvab qardaş, xatırlatdığınız sözləri mən hər zaman nəzərə
alıram. Yalnız bu məclisdə deyil, hər hansı tədbir və yığıncaqda olursa-olsun,
alimləri deyil, camaatın ümumi kütləsini nəzərə almaq mənim adətimdir.
Peyğəmbərlərin göndərilməsi, kitabların nazil olması həqiqətlərdən xəbərsiz olan
insanlar üçün deyilmi? Həqiqətlər sadə və hər kəsin anlaya biləcəyi bir şəkildə izah
edilməlidir. Bir hədisdə Rəsulallahın (s) belə buyurduğu nəql edilir: «Biz