Китабын ады


Dəvətçi:  «Möhtərəm  cənabların  söhbətdə  inadkarlıq  edəcəklərini  heç  bilməzdim. Əks təqdirdə, cavab verməyə də cəhd göstərməzdim».  Hafiz



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə11/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   7   8   9   10   11   12   13   14   ...   314
2 5290018709182616340

Dəvətçi:  «Möhtərəm  cənabların  söhbətdə  inadkarlıq  edəcəklərini  heç 
bilməzdim. Əks təqdirdə, cavab verməyə də cəhd göstərməzdim». 
Hafiz: «Deyəsən, bir anlaşılmamazlıq oldu. Çünki sözümdə heç bir inadkarlıq 
etmədim;  həqiqətdə  əqidəm  belədir.  Alimlərdən  çoxu  da  nəsil  və  soyun  qız 
övladlardan deyil, oğul övladlardan olduğu inancındadırlar. Bu yerdə şair də belə 
söyləmişdir: 
 
Oğullarımızın oğulları, onların da qızları övladlarımızdır. 
Amma qızlarımızın uşaqları, kənar kişilərin uşaqlarıdır. 
 
Əgər  Rəsuli-əkrəmin  (s)  qızlarının  oğul  övladları  dərəcəsi  olduğuna  dair  bir 
dəliliniz varsa, buyurun. Dəliliniz kamil olarsa, qəbul edər və xoşhal da olarıq». 
Dəvətçi:  «Qurani-kərimdən  və  hər  iki  məzhəbin  səhih  hədislərindən  olan 
dəlillər olduqca güclüdür». 
Hafiz: «İstifadə etməyimiz üçün o dəlilləri açıqlamağınızı rica edirik». 


 
21 
Dəvətçi:  «Danışdığınız  anda  Abbasim  xəlifələrindən  olan  Harun  Rəşid  və 
hümmət  sahibi  olan  imam  Musa  (ə)  ibn  Cəfər  (ə)  arasında  baş  verən  bir 
mübahisəni  xatırladım.  Həzrət  Musa  (ə)  ibn  Cəfər  (ə)  Haruna  elə  yetərli  cavab 
verdi ki, onun özü də İmamın (ə) dediklərini təsdiq etdi». 
Hafiz: «Zəhmət olmasa, o mübahisənin necə baş verdiyini bəyan edin». 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin