Allahın hüzurunda duracağına) ümid bəsləyirsə, (yaxud Qiyamətdən qorxursa,) gərək saleh əməl etsin və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın».
Əməl və ibadət edildiyi zaman, Allahdan başqasına yönəlməməli və
peyğəmbərin, imamın, ya da mürşidin üzü göz önündə canladırılmamalıdır. Yəni
namaz, oruc, həcc, xüms, zəkat, nəzir, qurban və bu kimi vacib və ya sünnət
ibadətlərin zahiri Allah üçün olsa, amma qəlbdə və batində Allahdan başqasının
diqqətini çəkmək və ya məşhur olmaq üçün olarsa, bu şirkdir. Çünki hədislərdə
əməldə riya etməyin kiçik şirk olduğu bəyan edilmişdir. Bir hədisdə Rəsulallahın
(s) belə buyurduğu nəql edilir: «Kiçik şirkdən çəkinin!». Kiçik şirkin nə olduğu
soruşulduqda, O həzrət belə buyurdu: «Riya və şöhrətdir»
1
.
Başqa bir hədisdə Rəsulallah (s) belə buyurur:
«Sizin üçün qorxduğum Ən pis şey gizli şirkdir. Gizli şirkdən uzaq durun. Çünki ümmətimin içində gizli olan şirk qaranlıq gecədə, qara daşın üstündə