Китабын ады


ŞİƏ HEÇ BİR ŞƏKİLDƏ MÜŞRİK DEYİLDİR



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə119/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   115   116   117   118   119   120   121   122   ...   314
2 5290018709182616340

ŞİƏ HEÇ BİR ŞƏKİLDƏ MÜŞRİK DEYİLDİR 
 
Bu qısa müqəddimədə şirkin əsl mənaları və əlamətləri bəyan olub aydınlığa 
qovuşduqdan  sonra  bu  sözlərimizdən  bir  nəticə  əldə  edək.  İndi  söyləyə 
bilərsinizmi,  şiələr  bəyan  etdiyimiz  bu  şirk  növlərinin  (gizli  və  aşkar)  hansı 
qrupuna  aiddirlər?  Görəsən,  hansı  alim,  ya  da  avam  bir  şiənin,  Allah-Təbarək  və 
Təalanın  zat,  sifət  və  fellərində  şərik  qəbul  etdiyini  eşitdiniz,  ya  da  gördünüz? 
Görəsən,  nəyə  əsaslanaraq  Allaha  ibadət  edənlərin  başqa  bir  məbuda  tapındığını 
söyləyirsiniz? 
Görəsən,  bu  şirk  növlərindən  birini  şiələrin,  üsul,  füru  və  əqaid  kitablarının 
hansında oxudunuz və hansı İmamından (ə) bir rəvayət edildiyini eşitdiniz? Xalqın 
diqqətini  çəkmək  və  riya  etmək  kimi  şirkin  gizli  qismi  sadəcə  şiələrə  məxsus 
deyildir.  
Şiə  və  sünnilərin  hamısı  bu  maddi  aləmdə  dusdaqdır.  Elm  və  mərifətin 
olmaması, günahlardan çəkinməmək, bəzən Şeytanın hiyləli vəsvəsələrinə uyaraq 
riya  etməyin  şiəsi,  sünnisi  yoxdur.  Yenə  səbəblərdə  qərq  olub,  Allaha  itaət 
etməmək  və  Şeytana  itaət  etmək  mövzusu  da  eyni  şəkildədir.  Belə  bir  şirkin 
bağışlanmış olduğunu daha öncə söyləmişdik. Çünki bir az özünə gəlməklə, insan 
özünü  ondan  qurtara  bilər.  Belə  isə,  nəyə  əsaslanaraq  şiələrin  müşrik  olduğunu 
söyləyir və bilməyənləri də, bu cür öyrədirsiniz?!». 
Hafiz:  «Söylədiklərinizin  hamısı  doğrudur,  amma  ərz  etdiyim  kimi,  imalara 
təvəssül  edib,  onlardan  arzu  diləmək  şirkdir.  Çünki  bizim  vasitəyə  ehtiyacımız 
yoxdur. Nə zaman Allaha yönəlsək, nəticə əldə edə bilərik». 
Dəvətçi:  «Doğrusu,  sizin  kimi  insaflı  və  düşüncəli  bir  alimin  araşdırmadan, 
keçmişdəkilərin təsiri altında qalaraq bunları söyləməsi, təəccüblü bir şeydir.  
Bəlkə yuxulu idiniz və ya bir az əvvəl söylədiklərimi diqqətlə dinləmədiniz! 
Yuxarıda mövzunu geniş açıqlamağıma baxmayaraq, yenə də «İmamlardan (ə) bir 
şey istəmək şirkdir» deyirsiniz.  
Deyə  bilərsinizmi  ki,  xalqdan  bir  şey  istəmək  şirkdir?  Əgər  belə  olarsa,  o 
zaman hər kəs müşrikdir. Heç bir zaman bir müvəhhid tapmaq olmaz. İnsanlardan 


 
117 
bir  şey  istəmək,  onlardan  yardım  diləmək  şirkdirsə,  nəyə  görə  peyğəmbərlər 
insanlardan  yardım  istəyirdilər?  Ağaların  həqiqəti  görə  bilməsi  üçün  Quranın 
ayələri üzərində bir az daha düşünmələri yaxşı olar.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin