Китабын ады


həmd  edirəm.  Bütün  vəsilələrin  hədəfi  Odur  və  Onun  insanlar  arasındakı



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə122/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   118   119   120   121   122   123   124   125   ...   314
2 5290018709182616340

həmd  edirəm.  Bütün  vəsilələrin  hədəfi  Odur  və  Onun  insanlar  arasındakı 
vəsiləsi bizik». 
 
«SƏQƏLEYN» HƏDİSİ 
 
Həzrət  Peyğəmbərin  (s)  pak  Əhli-beytinə  (ə)  təvəssül  edib,  onlara 
bağlanmağın  sağlam  dəlillərindən  biri  də,  Səqəleyn  hədisidir.  Bu  hədisi  həm 
sünnilər, həm də şiələr səhih sənədlərlə mütəvatir olaraq nəql etmişlər. Rəsulallah 
(s) o hədisin bir yerində belə buyurur: 
«Əgər onlara bağlansanız, məndən sonra, əsla, azmazsınız». 
                                                 
1
 «Maidə» surəsi, ayə: 35 


 
120 
Hafiz: «Bu hədisə mütəvatir və sənədi səhih deməklə, bəlkə də xəta edirsiniz. 
Çünki  bu,  alimlərimizin  yanında  məlum  deyildir.  Böyük  şeyximiz  sünnət  və 
camaatın Qiblə və Kəbəsi Məhəmməd ibn İsmail Buxari Qurandan sonra ən səhih 
olan öz mötəbər «Səhihi-Buxari» kitabında bu hədisi nəql etməmişdir». 
Dəvətçi: «Xəta etdiyimi düşünürsünüz. Əksinə, bu hədisin mötəbər olduğunu 
alimləriniz  qəti  şəkildə  qəbul  edirlər.  Hətta  İbn  Həzər  Məkki  kimi  çox  etiraf 
etmişdir. Şübhənizin aradan getməsi üçün «Savaiqul-Muhriqə» kitabının II fəslinin 
sonunda – 89 və 90-cı səhifələrində, 11-ci babdakı 4-cü ayənin aşağısında Tirmizi, 
Əhməd  ibn  Hənbəl,  Təbərani  və  Müslimdən  hədislər  nəql  etdikdən  sonra  belə 
deyir: «Bil ki, Səqəleynə (Quran və Əhli-beyt (ə) bağlanmaq hədisi bir çox yollarla 
20-dən çox səhabədən nəql edilmişdir». 
Daha  sonra  belə  deyir:  «Bəziləri  Rəsulallahın  (s)  bu  hədisi  vida  Həccində  – 
Ərafatda  ikən,  bəziləri  Mədinədə  ölüm  yatağında  otağı  səhabələrlə  dolu  olduğu 
zaman,  bəziləri  Qədiri-Xumda,  bəziləri  də  Taifdən  döndükdən  sonra  buyurduğu 
mövzusunda ixtilaf etmişlər». 
Daha sonra öz nəzərini belə açıqlayır: «Bu ixtilafların arasında hər hansı bir 
ziddiyyət  yoxdur.  Rəsulallahın  (s)  adı  çəkilən  bütün  yerlərdə  Quranın  və  Əhli-
beytin  əzəmətini  isbat  etmək  üçün  bu  hədisi  dəfələrlə  buyurmasında  bir  maneə 
yoxdur». 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin