TƏƏSSÜBDƏN UZAQ OLAQ SƏADƏTƏ SƏBƏB OLUR
«Hədis «Səhihi-Buxari»də yoxdur, buna görə də zəifdir» sözünüzə gəlincə, bu
söz bir çox tərəfdən rədd edilmiş və alimlərin qəbul etmədiyi bir şeydir. Əgər
Buxari hədisi nəql etməmişsə, əvəzində onun tək möhtərəm bildiyiniz böyük
alimlərinizin ümumisi nəql etmişdir. Hətta Buxariylə eyni səviyyədə olan Müslüm
ibn Həccac və digər «Səhih» sahibləri bunu geniş surətdə nəql etmişlər. Yoxsa
səhihləri və mötəbər kitablarınızı bir kənara qoyub, əqidənizi yalnız «Səhihi-
Buxari»də yazılanlarla məhdudlaşdıracaqsınız?! Ya da, o biri alimlərinizin də öz
zamanlarında əhli-sünnətin ən adil, ən alim və ən savadlı insanlar olduqlarını etiraf
121
edib, onları da qəbul edəcəksiniz. Xüsusilə də, «Səhihi-Sittə»ni yazanları. Bir hədis
«Səhihi-Buxari»də bəzi səbəblərə görə nəql edilməmişsə, başqaları nəql etmişsə, o
zaman onu qəbul etmək məcburiyyətindəsiz!».
Hafiz: «Buxarinin üstündə durmağımızın hər hansı bir məxsus səbəbi yoxdur.
Buxari çox ehtiyatlı və hədis nəql etməkdə diqqətli olduğundan, sənəd və ya mətn
baxımından şübhəli və ya əqlə uyğun olmayan hədisləri nəql etməmişdir».
Dəvətçi: «Siz əhli-sünnətin etdiyi xətalardan biri də, «bir şeyi çox sevmək
insanı kor və kar edər» qaydasının əsasına görədir. Buxari haqqında ğuluv edirsiniz
(yəni onu sahib olduğu məqamdan yüksəkdə görürsünüz). Çox dəqiq olduğunu və
«Səhih»ində gətirdiyi hər hədisin çox mötəbər, hətta vəhy kimi olduğunu güman
edirsiniz. Halbuki, güman etdiyiniz kimi deyildir. Buxarinin hədislərin sənədində
gətirdiyi bir çox şəxs (ravi) rədd edilmiş, nifrət edilmiş, yalançı və uydurmaçı
insanlardır».
Hafiz: «Əslində, sizin bu sözləriniz mərdud və mənfurdur. Siz Buxari kimi bir
insanın elmi məqamını təhqir edirsiniz». (Yəni əhli-sünnət və camaatın hamısını
təhqir etdiniz).
Dəvətçi: !Eli bir tənqid təhqirdirsə, bu halda hədisləri diqqətlə araşdırmış
mötəbər «Səhih»lərdəki, xüsusilə «Səhihi-Buxari» və «Səhihi-Müslim»dəki bir
çox hədisin sənədində bir çox şəxsin uydurmaçı, yalançı və mərdud olduğunu
söyləyən böyük alimləriniz də, elm məqamına ihanət etmiş və mərdud insanlardır.
Hədis kitabları mövzusunda dəqiq və diqqətli olmanız yaxşı olardı. ONları
oxuduğunuz zaman ğuluv edərək, «Buxari və Müslim onları nəql etmişsə, hamısı
səhih və doğrudur» deməyin.
«Səhihi-sittə», xüsusilə də «Səhihi-Müslim» və Buxariyə ğuluv gözüylə baxan
siz və digər alimlər öncə onlardakı hədisləri araşdırıb, səhihlərlə səhih olmayanları
bildirən kitablara baxsanız, yaxşı olardı. Bununla da, Buxarinin əzəmətinin, hədis
nəql etməkdəki diqqətinin nə dərəcədə olduğunu görərdiniz.
Əgər Syutinin «əl-Ləalil-məsnuə fi əhadisil-Mövzuə» əsərinə, Zəhəbinin
«Mizanul-Etidal» və «Təlxisul-Müstədrək» adlı kitablarına, İbn Covzinin
«Təzkirətul-movzuat»ına, Əbubəkr Əhməd ibn Əli Xətib Bağdadinin yazdığı
122
«Tarixi-Bağdadi»yə və qısaca «Rical» mövzusunda böyük alimlərinizin yazdıqları
kitablara baxsanız, məni günahlandırmaz və «Buxarini təhqir etdiniz» deməzsiniz.
Dostları ilə paylaş: |