Китабын ады


SƏHİHİ-MÜSLİM VƏ SƏHİHİ-BUXARİDƏKİ RƏSULALLAHA



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə125/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   121   122   123   124   125   126   127   128   ...   314
2 5290018709182616340

SƏHİHİ-MÜSLİM VƏ SƏHİHİ-BUXARİDƏKİ RƏSULALLAHA 
(S) XƏYANƏT SAYILAN GÜLÜNC HƏDİSLƏR 
 
«Səhihi-Buxari»nin  II  cildinin  120-ci  səhifəsində,  «Əl-Ləhvu  bil-hirab» 
babında və «Səhihi-Müslim»in I cildinin «Ər-Ruxsətu fil-Labilləzi La Məsiyətə fi 
Əyyamil-İyd» babında Əbu Hüreyrədən bu hədisi nəql edirlər: 
«Bir  bayram  günü,  bir  qrup  Sudanlı  zənci  Rəsulallahın  (s)  məscidində 
toplaşaraq, əyləncə alətləriylə milləti əyləndirirdi. Rəsuli-əkrəm (s) Aişədən «Sən 
də baxmaq istəyərsənmi?» - deyə soruşdu. Aişə də «Bəli, ya Rəsulallah (s)» - deyə 
cavab  verdi.  Bundan  sonra  Rəsulallah  (s)  onu  kürəyinə  aldı.  Aişə  başını 
Rəsulallahın (s) çiynindən uzadıb, üzünü onun mübarək üzünə qoydu. Rəsulallah 
(s) Aişənin daha çox ləzzət alması üçün onları daha yaxşı oynamağa təşviq edirdi. 
Aişəni  yoruluncaya  qədər  kürəyində  saxladı.  Aişə  yorulduqdan  sonra  onu  yerə 
endirdi». 
Allah  xatirinə  deyin,  əgər  belə  bir  şeyi,  sizlər  haqqında  söyləsələr, 
əsəbiləşməzsiniz? Bunu özünüzə təhqir biləzsiniz? 
Əgər bir adam desə ki, dünən axşam Hafiz ağanın evinin arxasında bir qrup 
insan  oyun  oynayıb,  əl  çalıb  əylənirdi;  böyük  alim  Hafiz  də  xanımını  kürəyinə 
alaraq, onları seyr edirdi. Hətta möhtərəm Hafiz xanımının daha çox ləzzət alması 
üçün onları daha yaxşı oynamağa təşviq edirdi. Hafiz ağa, Allah eşqinə deyin, bu 
sözləri  eşitdiyiniz  zaman  utanıb,  həyat  etmisiniz?  Əgər  belə  bir  sözü  xarici 
görünüşü  gözəl  olan  bir  kəsdən  eşitmiş  olsam,  onu  nəql  etməyim  doğru  olarmı? 


 
124 
Əgər  nəql  etsəm,  ağıllı  insanlar  mənə  deməzlərmi  ki,  cahil  bir  adam  bir  söz 
söylədi. Bəs sizin ağılınız vardısa, niyə nəql etdiniz? 
Buxarinin  nəql  etdiyi  hədislər  haqqında  artıq  özünüz  hökm  verin.  Əgər  o, 
hədis  mövzusunda,  həqiqətən,  dəqiq  və  diqqətli  idisə,  fərz  edin  belə  bir  hədisin 
söyləndiyini eşitmişdi. Lakin bu hədisi nəql etməsi ona yaraşarmı? Sonra da sizlər 
durub deyirsiniz ki, Qurandan sonra ən səhih kitab «səhihi-Buxari»dir! 
Buxari,  Rəsulallahın  (s)  özündən  sonra  Qurana  və  pak  Əhli-beytə  (ə) 
bağlanmağı əmr etdiyi Səqəleyn hədisini, Əhli-beytin (ə) adı o hədisdə deyildiyinə 
görə onu nəql etməmişdir. Amma uydurma, yalan hədislər üçün (onların hamısını 
vaxtın məhdud olduğuna görə, deyə bilmirəm) kitablarında xüsusi bablar ayıraraq, 
nəql etmişdir! 
Bəli, bir baxımdan sözünüzü təsdiq edirəm ki, Buxari əhli-sünnət alimlərinin 
içində çox ehtiyatlı idi. Bu mənaya ki, o, həzrət Əli (ə) və Əhli-beytin (ə) vilayət 
məqamını  isbatlayan  bir  hədis  gördükdə,  ehtiyat  edərək,  onu  nəql  etməmişdir. 
Çünki  bu  hədislər  savadlı  və  alim  insanların  əlinə  keçdikdə,  haqq  və  həqiqətin 
ortaya çıxacağını bilirdi. Səhihləri «Səhihi-Buxari» ilə müqayisə etdikdə, bir hədis 
mütəvatir  belə  olsa,  Quran  ayələriylə  təyid  belə  edilsə,  Buxarinin  onu  nəql 
etmədiyini görəcəyik.  
Məsələn,  «Maidə»  surəsinin  67-ci  ayəsi  –  «Ey  Peyğəmbər,  Rəbbindən  sənə 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin