Китабын ады


və itrətim olan Əhli-beytimi. Bu ikisi də Hovuzun başında mənə yetişənə qədər



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə128/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   124   125   126   127   128   129   130   131   ...   314
2 5290018709182616340

və itrətim olan Əhli-beytimi. Bu ikisi də Hovuzun başında mənə yetişənə qədər, 
əsla,  bir-birlərindən  ayrılmazlar.  Kim  onların  ikisinə  də  bağlanarsa,  şübhəsiz, 
xilas olar və kim üz çevirərsə, həlak olar. Onlara bağlı olduğunuz müddətdə, əsla 
azmazsınız». 
Bu bizim güclü dəlilimizdir; Rəsulallahın (s) əmriylə Qurani-kərim və Əhli-
beytə (ə) bağlanmaq və onlara təvəssül etmək məcburiyyətindəyik.  
Şeyx:  «Bu  hədisi  Saleh  ibn  Musa  ibn  Əbdullah  ibn  İshaq  ibn  Təlhə  ibn 
Əbdullah Qureşi Teymi ət-Təlhi öz sənədiylə Əbu Hüreyrədən belə nəql edir: 
«Şübhəsiz ki, mən aranızda iki şey qoyuram: Allahın kitabı və sünnəti». 
Dəvətçi:  «Yenə  birtərəfli  olaraq  zəif,  saleh  olmayan  və  cərhi-tədil  sahibləri 
(Zəhəbi, Yəhya, imam Nəsai, Buxari, İbn Ədiy və b.) tərəfindən rədd edilmiş bir 
kimsədən  hədis  nəql  edərək,  məclisin  vaxtını  aldınız.  Mənim  ağam,  böyük 
alimlərinizdən nəql edilən bu qədər səhih və mötəbər hədis sizi qane etmədimi ki, 
bütün  bu  səhih  hədisləri  bir  kənara  qoyub,  alimlərinizin  də  qəbul  etmədiyi  zəif 
hədislərdən yapışdınız? Halbuki həm sünni, həm də şiə alimləri Rəsuli-əkrəmin (s) 
«Allahın kitabı və itrətim» - deyə buyurduğu sözündə ittifaq etmişlər. Çünki kitab 
və  sünnətin  bir  şərhçiyə  ehtiyacları  vardır.  Onların  bəyan  edilməsi  lazım  gəlir. 
Sünnətin  özünün  açıqlanmağa  ehtiyacı  olduğu  halda,  necə  ola  bilər  ki,  quranı 
açıqlasın?!  Demək  ki,  itrət  –  Əhli-beyt  (ə)  Quranın  bərabəridir;  həm  Quranın  
açıqlayıcısı və həm də, sünnəti aşkar edəndir.  
 
SƏFİNƏ HƏDİSİ 
 
Rəsulallahın  (s)  Əhli-beytinə  (ə)  bağlanmağın  dəlillərindən  digəri  mötəbər 
«Səfinə hədisi»dir. Bu hədisi bir çox böyük alimləriniz təqribən təvatür həddində 
nəql  etmişdilər.  Bu  an  yadımda  olan  100-dən  çox  böyük  alimləriniz  öz  mötəbər 
kitablarında  bu  hədisi  nəql  etmişlər.  Müslim  ibn  Həccac  «Səhih»də,  ima  Əhməd 
ibn  Hənbəl  «Müsnəd»də,  Hafiz  Əbu  Nəim  İsfahani  «Hilyə»də,  İbn  Əbdulbir 
«İstiab»da,  Əbubəkr  Xətib  Bağdadi  «Tarixi-Bağdad»da,  Məhəmməd  ibn  Təlhə 


 
127 
Şafei «Mətalibus-süul»da, İbn Əsir «Nihayə»də, Səbt ibn Covzi «Təzkirə»də, İbn 
Səbbağ  Maliki  «Fusulul-Muhimmə»də,  Əllamə  Nuruddin  Məhudi  «Tarixul-
Mədinə»də,  Seyid  Mömin  Şəblənci  «Nurul-əbsar»da,  ima  Fəxri  Razi  «Təfsiri-
Məfatihil-qeyb»də, Cəlaluddin Süyyiti «Dürrül-mənsur»da, İmam Sələbi «Təfsiri-
Kəşfil-bəyan»da, Tabərani «Ovsət»də və Hakim «Müstədrək»in 3-cü cildinin 151-
ci  səhifəsində  sözügedən  hədisi  nəql  etmişlər.  Eləcə  də  Süleyman  Bəlxi  Hnəfi 
«Yənabiul-məvəddə»nin  IV  babında,  Mir  Seyid  Əli  Həmədani  «Məvəddətül-
qurba»nın  II  əvəddəsində,  İbn  Həcər  Məkki  «Səvaiq»də  8-ci  ayənin  şərhində, 
Təbəri  «Təfsir»  və  «Tarix»  kitablarında  Məhəməd  ibn  Yusif  Gənci  «Kifayətut-
talib»  in  100-cü  babının  233-cü  səhifəsində  və  digər  bir  çox  böyük  alimləriniz 
Rəsulallahın (s) belə buyurduğunu nəql etmişlər: 
«Şübhəsiz  ki,  Əhli-beytimin  sizin  aranızdakı  məsəli,  Nuhun  gəmisinin 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin