«Bir gün Abbasi xəlifələrindən olan Harun Rəşidin məclisinə getdim. O, mənə bəzi suallar verərək, cavab istədi. Suallardan biri də, (sizin də sualınız) bu idi: «Necə «Biz Peyğəmbərin (s) nəslindənik» deyərsiniz? Halbuki, Peyğəmbərin (s) xələfi yoxdur; xələf ancaq oğlan övladı olar, qız övladından xələf olmaz! Siz isə qızından olan övladlarısınız, Peyğəmbərin (s) xələfi yoxdur!» İmam Museyi-Kazım (ə) ona cavab olaraq «Ən am» surəsinin bu ayələrini
oxudu:
«Onun (Nuh və ya İbrahimin) soyundan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu hidayətə çatdırdıq. Biz əməli salehləri bu cür
22
mükafatlandırırıq. (Yenə onun soyundan) Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (hidayətə yetişdirdik). Onların hamısı əməli salehlərdəndir»