Китабын ады


bihubbikum  və biqurbikum ərcu  nəcatən minəllah.  Fəkunu  indəllah  rəcan. Ya



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə133/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   129   130   131   132   133   134   135   136   ...   314
2 5290018709182616340

bihubbikum  və biqurbikum ərcu  nəcatən minəllah.  Fəkunu  indəllah  rəcan. Ya 
Sadati! Ya Ovliyaəllah! 
(Seyid  Əbdülhəyy  duanı  oxuyarkən,  məclisdəki  möhtərəm  ədəbiyyat  əhli 
olanlar  ardıcıl  olaraq,  «La  ilaha  illallah,  subanəllah!  Bu  məsələni  necə  də  bizə 
yanlış  bildirmişlər»  deyib,  əllərini  əllərinin  üstünə  vururdular.  Bu  aradan  mən 
müdaxilə edərək, belə dedim:) 
İnsafla söyləyin, bu duanın harasında şirk vardır? Görəsən, duanın hər yerində 
Allah-təalanın mübarək adı yoxdurmu? Harada onları Allaha şirk qoşduq? Nə üçün 
bizə iftira edirsiniz? Nə üçün muvəhhid müsəlanalara azğın və müşrik deyirsiniz? 


 
132 
Nə üçün müsəlmanların arasında düşmənçilik toxumları səpirsiniz? Məsələni bir-
birinə  qarışdıraraq,  həqiqətdən  xəbəri  olmayan  insanların  din  qardaşlarına  qarşı 
kafir gözüylə baxmasına səbəb olursunuz? 
Bir çox təəssübkeş və həqiqətdən xəbərsiz insan var ki, zavallı şiələrə «kafi» 
deyərək öldürür, özlərini «kafir öldürdük» deyə Cənnət əhli güman edirlər. Bunun 
günahı siz alimlərin boynundadır! 
Görəsən,  indiyə  qədər  bir  şiənin,  bir  nəfər  belə  olsa,  sünnini  öldürdüyünü 
eşitdinizmi?  Bizim  alimlərimiz  heç  vaxt  belə  zəhərli  şeyləri  xalqın  arasına 
salmamışlar.  Onlar  şiə  və  sünnilərin  arasına  düşmənçilik  toxumları  əkməzlər. 
Bizim alimlərimiz insanı qətl etməyi böyük günahlardan sayırlar.  
Sünni və şiə arasındakı ixtilafları elm və məntiqlə xalqa anlatdığımız zaman 
bunu  da  deyirik  ki,  sünnilər  bizim  müsəlman  qardaşlarımızdır,  onlara  qarşı 
düşmənçilik  etməyin,  kin  bəsləməyin.  Əksinə,  onlarla  qardaşcasına  bərabər 
olmalıyıq və «La ilahə illallah» bayrağını ucaltmalıyıq.  
Lakin  təəssübkeş  sünni  alimlərinizə bir baxın.  Əbu  Hənifə,  Malik  ibn  Ənəs, 
Məhəmməd ibn İdris və Əhməd ibn Hənbəlin üsul və füruda o qədər çox ixtilafları 
olmasına  baxmayaraq,  bu  dörd  məzhəb  imamının  arxasınca  gedənlərə  qardaş 
göyüzlə baxır və onlar hər yerdə sərbəst şəkildə öz inanclarına əməl edirlər. Amma 
Peyğəmbərin  (s)  Əhli-beytindən  (ə)  olan  Əli  (ə)  ibn  Əbu  Talib  və  Cəfər  (ə)  ibn 
Məhəmmədin  (ə)  davamçılarını  müşrik,  kafir  və  azğın  adlandırırlar.  Beləcə, 
şiələrin mal və canlarını, sünnilərin yaşadığı bölgələrdə təhlükəyə salırlar. Necə də 
şiənin  elm  və  təqva  əhli  olan  bir  çox  insanları  sünni  alimlərinin  fitvasıyla  şəhid 
etmişlər.  Amma  şiə  alimləri  tərəfindən  belə  bir  şey  gerçəkləşmədiyi  kimi,  alim 
olmayanlar tərəfindən də təsadüf olunmamışdır. Şiələrin istər alimləri olsun, istərsə 
də  ali  camaatı,  sünnilərə  qarşı  heç  bir  zaman  bu  şəkildə  davranmamışlar.  Sizin 
alimləriniz  ümumilikdə  şiələrə  lənət  deyirlər.  Amma  şiə  alimlərinin  kitablarının 
heç  birində sünnilərə lənət dedikləri görülməmişdir». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin