133
Dəvətçi: «Alimlərinizin və alim olmayanlarınızın (avamın) etdiklərini
söyləməyə dursam, bu bir məclisdə qurtarmaz. Bunun üçün aylarla oturub
danışmağımız lazım gəlir. Mən iddiamı isbatlamağım üçün sadəcə tarixdə yazılmış
olanlardan bəzilərinə, hisslərimə qapılmaq istəmədiyimi bilməyiniz və
söylədiklərimin bir həqiqət olduğunu öyrənməyiniz üçün deyəcəyəm.
Əgər siz təəssübkeş böyük alimlərinizin kitablarına diqqətlə baxmalı olsanız,
necə lənət oxuduqlarını görərsiniz. Məsələn, imam Fəxri Razi yazdığı təfsirdə
harada əlinə fürsət keçmişsə şiələrə lənət oxumuşdur. Məsələn, «Vilayət ayəsi»,
«İkmal ayəsi» və başqa ayələri təfsir edərkən, ardıcıl olaraq «və əmma ər-rafizətu
lənəhhumullah…» (Rafizilərə gəlincə, Allah onlara lənət etsin…), «Haulair-rəfzətu
lənahumullah…» (ONlar rafizilər, Allah onlara lənət etsin...), «Əmma qovlur-
rəfaviz lənəhumullah…» (Rafizlərin sözlərinə gəlincə, Allah onlara lənət etsin…)
deyə, lənət etmişdir. Amma heç bir şiə alimlərinin qələmi əhli-sünnət qardaşların
nə alimlərinə, nə də onların ümuminə qarşı, əsla, belə bir şey yazmamışdır.
Dostları ilə paylaş: