ŞƏHİDİ-ƏVVƏLİN
1
BÜRHANUDDİN MALİKİ VƏ İBN
CAMAATIN FİTVASIYLA ŞƏHİD EDİLMƏSİ
Sünni alimlərin şiə alimlərinin elm və əməl iftixarlarına qarşı etdikləri pis
əməllərdən biri, Şamın iki böyük şəri hakimi olan Burhanuddin Maliki və İbad ibn
əlm-Camaat əş-Şafeinin fitvalarıdır. Bu iki qazı şiənin böyük fəqihlərindən və elm,
təqva və zöhdlə öz zamanının qabaqcıllarından olan Əbu Əbdullah Məhəmməd ibn
Cəmaluddin Məkki Amilinin (Şəhidi-əvvəl) qətl edilməsi üçün fitva vermişlər.
Bu böyük fəqihin 7 günə yazdığı «Dümə» adlı əsəri (yanında «Müxtəsəri-
nafi» adlı kitabından başqa, heç bir fiqhi kitab olmadan yazmışdır) onun fiqh
elmindəki gücünü və geniş elmini göstərir. Hənəfi, Maliki, Şafei və Hənbəli
məzhəbinin alimləri onun elmindən çox faydalanmışlar.
Sünnilərin ardıcıl təzyiqləri üzündən təqiyyə edib şiəliyini bildirməməsinə
baxmayaraq, Şamın böyük qazısı İbad ibn əl-Camaat bu rəbbani-alimə həsəd
1
Birinci şəhid.
134
apararaq, onu rafizi və şiəlikdə günahlandıraraq, Şam valisinə (Beydəmirə) şikayət
edib, zindana atdırdı. Zindanda bir il işgəncəyə məruz qaldıqdan sonra hicri 786-cı
ilin cəmadiul-əvvəl ayının 9 və ya 19-cu günündə o iki sünni qazısının (İbnul-
Camaat və Burhanuddinin) fitvasıyla, əvvəlcə qılıncla öldürüb, sonra bədənini dar
ağacına asdılar. Sonra onların təhrikiylə avam xalq, «müşrik və rafizi»dir deyə,
onun dar ağacından asılmış cəsədini daş-qalaq etdi. Daha sonra cəsədini dar
ağacından endirib, yandıraraq, külünü havaya sovurmuşlar
1
.
1
Qarşılaşdığım bir hadisə tarixi vaqiələri mənə sübut etmişdir:
H.1371-ci ildə cəmadüs-sani ayının 19-da Beytül-müqəddəsdəki Məscidül-Əqsanı ziyarət etdikdən sonra Şama daxil
olurdum. İlk gecə namaz qılmaq üçün Ordunun (İordan) şərqində yerləşən Ommanın böyük məscidinə (ki, çox gözəl
bir məscid idi) getdim. Sünni olan bu müsəlmanların bəziləri axşam namazından qayıdır, bəziləri də sünnətlə məşğul
idilər. Mən də məscidin bir küncündə məğrib və işa namazını qılmağa başladım. Vacibləri və sünnətləri qıldıqdan
sonra bəzillərinin qəzəbli bir şəkildə mənə baxdıqlarını gördüm. Xüsusilə də, bir neçə nəfərlə Quran qiraəti ilə
məşğul olan bir alim mənim vəziyyətimə baxırdı. Təqibatı (zikr və duaları) da bitirdikdən sonra məsciddən çıxaraq,
terminala gedib, avtobusun hərəkət etməsini gözlədim. Yemək yedikdən sonra məscidin müəzzini işa namazının
azanını oxumağa başladı. Azan oxunanda öz-özümə dedim ki, avtobus yolda dayanmaya da bilər. Yaxşısı budur
fürsət varkən, gecə namazını da qılıb gedim. Bu niyyətlə dəstəmazımı təzələdikdən sonra yenidən məscidə getdi.
Hər kəsin gəlib-getdiyi böyük qapı yerinə, kiçik qapıdan içəri daxil oldum. Ətrafı sakit olan böyük sütunların
yanında nafilə namazlarımı qılmağa başladım. Hələ əvvəl mənə pis-pis baxan və qiraətlə məşğul olan o alim işa
namazından sonra xalqı ətrafına toplayıb, şirk və müşrik mövzusu üzərində söybət etməyə başladı. Bir az söhbət
etdikdən sonra qəzəbli bir şəkildə ətrafındakılara belə dedi: «Siz üsəlmanlar vəzifəlisiniz, Qiyamətdə cavab vermək
mücburiyyətindəsiniz. Çünki Allah-təala buyurur ki, müşriklər nəcisdirlər, onları məscidə buraxmayın. Bir az əvvəl
bütpərəst, nəcis bir müşrik məscidə gəlib, hamınızın gözü qarşısında bütə səcdə etdi, amma onu qovmadınız. Mən
qiraətlə məşğul idim, sizlər isə, ölmüşdünüz. Məsciddən şirk nəcasətini təmizləməyin, bütpərəst və müşrik rafizinin
öldürülüb qətl edilməsinin zəruri olduğunu bilmirsinizmi?! Çünki müşrik müsəlmanların məscidində bütpərəstlik
edərsə, qətli vacibdir».
Elə bir atəşli şəkildə avam xalqı təhrik edirdi ki, o anda yanlarında olsaydım, qətiyyətlə məni öldürəcəkdilər.
Söhbəti bitdikdən sonra camaatın yarısı mənim girdiyim qapıdan çıxdılar. Mən də vitğr namazı ilə məşğul olduğum
üçün kimsə məni görməsin deyə, oturdum. Ama birdən gözləri mənə sataşan kimi, üzərimə təpik-yüruqla elə hücum
etdilər ki, görülməyən bir iş idi. Ardıcıl olaraq, mənə «Qalx, ey müşrik, bayıra çıx, müşrik…» deyirdilər. Artıq
həyatımdan ümidimi üzmüşdüm. Kəlmeyi-şəhadətimi dedim (Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləhu və
əşhədu ənnə Məhəmmədən əlbuhu və rəsuluh). Şəhadət kəlməsini deyəndə onların arasında ixtilaf düşdü. Bir-
birlərinə «Əgər bu müşrikdirsə, necə olur Allahın vəhdətinə və Xatəmül-ənbiyanın peyğəmbərliyinə şəhadət
gətirir?» dedilər. Bir qismi də, «Biz nə bilək, qazi onun rafizi və müşrik olduğunu söylədi» deyirdilər.
Onlar aralarında mübahisə edərkən, mən də naazın salamını verib, özümü müdafiəyə etməyə hazırlaşdım. Ərəbcə
uzun bir söhbət etdim, onları gözəl bir şəkildə özümə cəzb edib, özüü onlara sevdirdim. Qazını da Allahdan
qorxmayan qərəzli biri kimi tanıdaraq, dedim: «O, müsəlmanların arasına təfriqə salaraq, əcnəbilərin müsəlmanlara
hakim olmasını istəyir…».
Sözün qısası, məndən üzr diləyib, evlərinə dəvət belə etdilər. Amma yolçu olduğum üçün dəvətlərini qəbul edə
bilmədim.
Bax, bu, əhli-sünnət alimlərinin hərəkətlərindən sadəcə bir nümunədir. Onlar ava xalqı aldadaraq, məzlum
müsəlmanların qətl və təhqir edilməsinə səbəb olmuşlar.
|