137
Rəsulallahın (s) Əhli-beytinin (ə) davamçıları olan şiələrə, bidətçi, rafizi, yəhudi,
hətta kafir və müşrik belə demişlər. Dörd məzhəb fəqihlərindən (Hənəfi, Hənbəli,
Maliki və Şafei) birinə təqlid etməyənləri müşrik, rafizi və kafir bilmişlər. Halbuki,
dörd məzhəb fəqihlərindən birinə təqlidn vacibliyinə dair heç bir dəlil yoxdur.
Lakin əksinə, Rəsulallahın (s) əmri istiqamətində Əhli-beyt (ə) ardıcılları olanlar
qurtuluş əhlidir.
Belə isə, yersiz fitvalar, yersiz söhbətlər avam xalqın əlində
bəhanə olmuş, hər
fürsət düşdükdə qətlə yetirmək, talamaq və namuslara əl atmaq kimi kafirlərə qarşı
belə edilməyən çirkin əməlləri şiələrə qarşı etmişlər».
Hafiz: «Sizin kimi bir şəxsdən, heç bir zaman meydana gələn yalan sözləri
əsas tutaraq hissə qapılmağı gözləmirdim».
Dostları ilə paylaş: