ƏHLİ-SÜNNƏT ALİMLƏRİNİN ŞİƏLƏRİN QƏTLİNƏ VƏ TALAN EDİLMƏSİNƏ DAİR FİTVALARI VƏ ƏBDÜLLAH XAN ÖZBƏYİN XORASANA HÜCUMU
Əbdüllah Xan Özbək Xorasanı mühasirəyə aldığı zaman Xorasan alimləri
onun etdiyi cinayət və zülmlərə etiraz edib, «Nə üçün «La ilahə illallah,
Məhəmməd (s) Rəsulallah» - deyən və Əhli-beytin (ə) yolu ilə gedənləri qətlə
yetirirsiniz?! İslam belə bir zülmün, hətta kafirlərə qarşı edilməsinə belə izn
verməmişdir» - deyə ona uzun bir məktub yazdı.
Əbdullah Xan da Məşhəd alim və əhalisinin məktublarını yanında olan sünni
alim və qazilərinə verərək, onlara cavab yazmalarını söylədi. Beləcə sünni və
Məşhəd alimləri bir-biri ilə məktublaşdılar (Bu məktublar «Nasixul-Təvarix» adlı
kitabda cəm olmuşdur). Özbək olan sünni alimlər məktublarında «şiələr rafizi və
kafirdirlər. ONların qanı, malı və namusu müsəlmanlara halaldır» deyə cavab
yazmışdılar.