Baxın, burada ziyarətlə əlaqəli belə yazır: həzrət Əlini (ə) ziyarət edən bir kəs
Kufə xəndəyinə yetişəndə durub belə desin:
«Allah böyükdür! Allah böyükdür! O, böyük, səxavətli və əzəmətlidir. Allah böyükdür! Böyük sayılmağa, müqəddəs tutulmağa, naqisliklərdən uzaq hesab edilməyə layiq, nemət sahibidir. Allah, mənim qorxduğum və çətinliklərimdən çox ucadır. Allah böyükdür! O, mənim pənahım və təvəkkül etdiyimdir. Allah böyükdür! Ona ümid bəsləyib, ondan kömək diləyirəm». Nəcəfin girişinə daxil olduğu zaman belə deyilir: «Həmd olsun Allaha ki, bizi hidayət etdi. Əgər bizi hidayət etməsəydi, hidayət olmazdıq…»
Məqbərənin qapısına yetişdikdə, Allaha həmd etdikdən sonra deyilir: «Mən şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur. O, birdir və şəriki yoxdur. Yenə şəhadət verirəm ki, Məhəmməd (s) Allahın qulu və Rəsuludur. O, Allah qatından haqqı gətirdi. Yenə şəhadət verirəm ki, Əli (ə) Allahın qulu və