Китабын ады


Rəsulunun  (s)  qardaşı  Əmirəl-mömininin  (ə)  və  vəsilərin  seyyidi  Əli  (ə)  ibn



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə151/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   147   148   149   150   151   152   153   154   ...   314
2 5290018709182616340

Rəsulunun  (s)  qardaşı  Əmirəl-mömininin  (ə)  və  vəsilərin  seyyidi  Əli  (ə)  ibn 
Əbu-Talibə  öz  tərəfimdən  hədiyyə  edərək  qıldım.  Allahın  salavatı  Ona  və 
Onun ailəsinə olsun.  
Allahım,  Məhəmməd  (s)  və  Ali-Məhəmmədə  (ə)  salam  olsun  və  bu  iki 
rükət  namazı  məndən  qəbul  et  və  məni  bunun  əvəzində  ehsan  edənlərin 
mükafatıyla mükafatlandır.  


 
146 
Allahım, Sənin üçün namaz qıldım, Sənin üçün rüku və səcdə etdim. Sən 
şəriki olmayan bir Allahsan. Namaz, rükü və səcdə ancaq Sənə caizdir. Çünki 
uca Allah Sənsən, Səndən başqa ilah yoxdur». (şəkil: 18-19) 
Allah  rizasına  deyin.  Bir  ziyarətçinin  Nəcəfə  atdığı  ilk  addımdan  ziyarət 
namazını  bitirdiyi  ana  qədər  daima  haqqı  zikr  etməsi,  Allahın  adının  dilindən 
düşməməsi, Allahı əzəmətlə yad etməsi və həzrət Əlini (ə) Allahın saleh bir qulu, 
Rəsulallahın  (s)  qardaşı  və  varisi  olduğunu  söyləməsi  və  bunu  etiraf  etməsi 
şirkdiri? 
Əgər  namaz  qılmaq  və  Allahın  vəhdaniyyətinə  şəhadət  etmək  şirkdirsə, 
zəhmət olmasa, mənə tövhidin nə olduğunu öyrədin. Bəlkə, Allah və Peyğəmbərin 
(s) yolundan çıxıb, sizin yolunuza gəldim!». 
Şeyx: «GÖrmürsünüz burada nə yazılıb? «Əvvəlcə türbənin qapısını öp, sonra 
içəri  daxil  ol».  Biz  elə  düşünürük  ki,  ziyarətçilər  imamların  türbələrinə  gələndə 
səcdə  edirlər.  Bu  səcdə  Əli  üçün  deyilmi?  Görəsən,  Allahdan  başqasına  səcdə 
etmək şirk deyilmi?» 
Dəvətçi: «Əgər mən yerinizdə olsaydım, məntiqli bir cavab aldıqdan sonra bu 
məclis  qurtarana  qədər,  hətta  bizim  bu  bəhs  məclislərimiz  tam  qurtarana  qədər, 
əsla,  danışmazdım,  susardım.  Amma  siz  yenə  də  elə  danışırsınız  ki,  eşidəni 
gülməyə məcbur edir (Məclisdəkilərin qəh-qəhə ilə gülüşləri).  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin