148
Səcdə, əgər ibadət qəsti olmadan – özünü yerə atmaq, üzü və alnı yerə
sürtmək şəklində olursa, bunun heç bir maneəsi yoxdur. Çünki şəxsiyyəti böyük
olan bir insanı dahi tutmaq və ya ona hörmət göstərmək üçün Allaha şərik
qoşmadan və onu Allah bilmədən onun qarşısında əyilmək, özünü yerə atmaq və
ya üzünü torpağa sürtmək, əsla, şirk deyildir! Əksinə, sevgiliyə olan məhəbbətin
şiddət və çoxluğu üzü torpağa sürtməyə və öpməyə səbəb olur».
Dostları ilə paylaş: