149
mələklərin hamısı müşrik, sadəcə səcdəni tərk edən lənətli İblismi müvəhhid olur?!
Halbuki, onların hamısı müvəhhid idi və Allaha itaət edirdi.
Xahiş edirəm, bundan sonra bəsit şeylərlə, əməvilərin, xəvariclərin,
nasibilərin və təəssübkeşlərin uydurduqları hiyləli sözlərlə, belə əzəmətli, haqqın
danışdığı və həqiqətin axtarıldığı bir məclisin vaxtını almayın! Daha sonra özünüz
də söylədiklərinizə peşman olacaqsınız. Eyni zamanda, öz əlinizlə şiələrə qarşı
istiqamətləndirdiyiniz nöqsanların, eyblərin və bəhanələrin belə, yersiz şeylər
olduğunu aşkar edirsiniz.
Hafiz ağanın da cavabını vermək istəyirəm. Baxmayaraq ki, gec oldu, amma
bəhsimiz çox uzun sürməyəcəkdir.
Dostları ilə paylaş: