Zəhra (ə.s), «əbnaəna»dan (oğullarımız) məqsəd isə Allahın onlara «Rəsulallahın oğulları» deyə buyurduğu Həsən (ə) və Hüseyndir(ə)». Harun imam Museyi-Kazımdan (ə) bu aydın dəlili gördükdə, özündən asılı
olmadan, «Əhsəntə ya Əbəl Həsən» 1 (yəni afərin, necə də gözəl söylədin, ya Əbəl
Həsən) dedi.
İmam Museyi-Kazımın (ə) Həsən (ə) və Hüseynin (ə) Rəsulallahın (s) oğulları
olduğuna dair Harun üçün gətirdiyi dəlilindən bütün Fatimi seyidlərin
Peyğəmbərin (s) övladları olduğu iddiası isbat edilmiş olur.
HƏZRƏT FATİMƏNİN (Ə.S) ÖVLADLARININ PEYĞƏMBƏRİN (S) ÖVLADLARI OLMASINA TUTARLI DƏLİLLƏR
Böyük alimlərimizdən olan İbn Əbil Hədid Mötəzili «Şərhi Nəhcül-bəlağə»
və Əbu Bəkr Razi «təfsir» kitabında zikr olunan ayə və «əbnaəna» (oğullarımız)
cümləsində Həsən (ə) və Hüseynin (ə) ana tərəfindən Rəsulallahın (s) oğulları
olduğuna dair istidlal etmişlər. Çünki Allah-təala Quran-kərimdə həzrət İsanı (ə)
anası Məryəm (ə.s) tərəfindən İbrahimin (ə) nəslindən saymışdır.
Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib», İbn Həzər Məkki «Əs-
səvaiqul-muhriqə»Nin 74 və 93-cü səhifələrində Təbəranidən, o da Cabir ibn
Əbdullah Ənsari və Xətib Xərazmidən o da «Mənaqib» kitabında İbn Abbasdan
Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edirlər: