Məclisin bir küncündə oturub sözlərimizi dinləyən və özünü də ziyalı güman
edən əhli-sünnət gənclərindən Davudpuri adlı bir nəfər, şübhə icad etmək üçün izn
alaraq, belə bir sual verdi:
Davudpuri: «Qibləsahib! Sözləriniz bu günki elmin kəşfləriylə uyğun gəlmir.
Keçmişdə elm bu qədər inkişaf etmədiyi üçün insanlar cəhalət üzündən ruh deyilən
bir şeyə inanırdılar. Amma elm və texnikanın qızıl əsri olan bu günümüzdə, maddi
elm ən yüksək zirvəyə yetişmişdir. Artıq bu kimi şeylərin fatihəsi oxunmuşdur.
Xüsusilə də, elmin inkişaf etdiyi Avropada ingilis Darvin və alman Bachner kimi
elm adamları belə köhnəlmiş, məxsusən ruhun varlığı, onun əbədiliyi kimi
inancların batil olduğunu sübuta yetirmişlər».
Dəvətçi: «Əzizim, bu növ sözlər yeni deyildir və sizin təbirinizə görə, qızıl
əsrə də məxsus deyildir. Təxminən, 2400 ildir ki, maddəçilər bunun
bayraqdarlığını edirlər.