MADDƏÇİLƏRİN MEYDANA GƏLMƏSİ VƏ ZİMKRATESİN HƏKİM SOKRATA QARŞI ÇIXMASI
Zimkrates və onun ardıcıllarının Sokrat, Əflatun, Aristotel və s. bu kimi yunan
ilahiyyətçilərinin qarşısında durduğu zamandan bəri, maddəçilik fikri də
başlamışdr. Onlar elm, iradə, qüdrət və şüur sahibi olan Allahı inkar edir və belə
deyirdilər: «Aləmdə beş duyğun orqanlarıyla hiss edilə bilən maddə və
maddiyyatın xaricində heç bir şey yoxdur. Hər şey maddənin əsəridir».
Onlar «təbiətçi» və «maddəçi» adıyla məşhur oldular. Bu günki kommunistlər
onların davamçılarıdır. Elm, iradə, qüdrət və şüurlu bir yaradıcını inkar etməyi əsas
görən bu fasid inanc, ilk olaraq o dar düşüncəli kommunist firqəsinin əliylə kütləvi
şəkil aldı.
İlahiyyatçı alim və filosoflar hər dövrdə onlara eli və məntiqli cavablar
vermişlər. Amma Avropanın, adını çəkdiyiniz Darvinin Bachnerin etiqadlarından
bəhs etdiyiniz üçün sizin kimi yenilikçi gənclərə nəsihətim var. O da budur: Elm,
ağıl və məntiqdən uzaq olan hər nəzərin, sözün təsiri altına düşməyin. Əgər
Darvinin (fəlsəfə haqqında təsəvvürü olan) fəlsəfəsini oxuduqdan sonra da onun
nəzərini puç edən kitabları da oxusanız, daha ağıllı bir şəkildə hökm verə
bilərsiniz. Çünki avropalıların nüfuzu elm və əməl baxımından siz gənclərin
üzərində çox olduğu üçün Darvin, Bacher və başqa şəxslərin kitabları əlinizə
keçdikdə, onlar sizin gözünüzdə böyüyür və avropalıların hamısının Darvinist
olduğunu güman edir, bu kimi kitabları, bütün avropalı filosofların inanclarının bir
əsası olduğunu sanırsınız.