155
«Yezid sadəcə bir xəta və səhv etdi, o da imam Hüseynin (ə) şəhid
edilməsidir» sözünüzə gəlincə, əvvəlcə bunu bilin ki, heç bir günahı olmadan
böyüklü-kiçikli 72 nəfərlə bərabər Rəsulallahın (s) bədəninin bir parçası olan imam
Hüseynin (ə) şəhid edilməsi, onların namuslarının (yəni qadınlarının) kafir əsirləri
kimi əsir alınması sadəcə bir xəta deyil, əksinə böyük günahlardandır. Sonra
Yezidin çirkin əməlləri və kafirliliyinin səbəbi, sadəcə imam Hüseyni (ə) şəhid
etdiyi üçün deyildir. Onun küfr və mürtətliyini isbatlayan bir çox dəlillər vardır».
Nəvvab: «Əgər Yezidin küfr və mürtədliyini isbatlayan daha aydın dəlillər
varsa, onları söyləməyinizi rica edirəm».
Dostları ilə paylaş: