Aliyə gəl yanıma, yaxınlaş mənə, sözünü mənə söylə, Çünki sakit və yavaş danışmağı sevmirəm mən. Qiyamətdən söz açan o şəxs, yalan sözlər söyləyir, O, qəlbləri saz və sözdən uzaqlaşdırır. Çünki «Diqul-Cin» adıyla tanınan və şiənin böyük fəqih, alim, fazil və
ədiblərindən olan İbrahim ibn İshaq, Abbasi xəlifələrindən Harun Rəşidin yanında
Yezidin bütün şerlərini oxuduqda, Harun Yezidə ixtiyarsız lənət edərək, belə dedi:
«Bu zındıq, Yaradanı və Qiyaməti tamamilə inkar etmişdir».
Onun küfr və azğınlığına dəlil olan şerlərindən bəziləri nəşəli vaxtlarında
oxuduğu nəğmələrin sözləridir. Birində dostlarına xitabən belə deyir: