160
cümləylə kifayətlənirəm: «Hirrə faciəsindən (Mədinə əhalisinin qətli) sonra min
qadın, ərsiz halda uşaq dünyaya gətirdilər».
Bundan artıq məclisin vaxtını almaq istəmirəm. Düşünüb haqqa yetişmək
üçün bu qədər kifayət edər.
Şeyx: «Söylədikləriniz hamısı sadəcə Yezidin fasiq olduğunu göstərir və
günahkar fasiqin etdiyi əməllər isə əfv edilə bilən şeylərdir. Yezid də tövbə etmiş
və Allah da onu bağışlamışdır. Çünki Allah günahları bağışlayandır. O halda, siz
nəyə əsaslanaraq ona daima lənət edir və məlun deyirsiniz?».
Dəvətçi: «Bəzi vəkillər, (advokat) haqq onlara aşkar olsa belə, maldan,
puldan, bir şey əldə etmək üçün yenə də son fürsətə qədər müvəkkillərini müdafiə
edirlər. Bilə bilmirəm, siz hansı mənfəətlər üçün o məlun Yezidi bu qədər müdafiə
edirsiniz və «o, tövbə etmişdir» deyirsiniz?! Onun küfrlü sözləri, Ovliyaullahı (ə)
şəhid etməsi, Mədinə əhalisinin qətli və başqa əməlləri tövbə etdiyi mövzuyla
tamamilə uyğun deyil. Yezidin tövbə etməsi rəvayətdir və sabit olmamışdır, amma
bizim nəql etdiyimiz hadisələr dirayətdir (dəqiq bir elmdir). Rəvayət dirayətin
qarşısında dura bilməz!
Görəsən, məbdəni, məadı, vəhyi, peyğəmbərliyi inkar etmək və mürtəd olmaq
sizə görə lənət oxumağa səbəb olan şeylər deyilmi? Allah Qurani-kərimdə
zalımlara açıq-aydın lənət etmirmi? Sizə görə Yezid zalım deyilmi?
Möhtərəm Yezid ibn Müaviyənin müdafiəçisi olan vəkil! (Məclisdə olanların
şiddətlə gülməsi) Əgər bu gətirdiyim dəlilləri yetərli görmürsünüzsə, izninizlə
böyük alimlərinizin nəql etdiyi iki hədisi bildirim və bu mövzunu qurtaraq artıq.
Üslim və Buxari «Səhih»lərində, Əllamə Səmhudi «Tarixul-Mədinə»də, Əbul-
Fərəc İbn Covzi «ər-Rəddu ələl-mütəəsibil-ənid»də, Səbt ibn Covzi «Təzkirətu
xəvassil-ümmə» də, imam Əhməd ibn Hənbəl «Müsnəd» kitabında və başqa
şəxslər Rəsulallahın (s) belə buyurduğunu nəql etmişlər:
«
Kim Mədinə əhalisini zülmlə qorxudursa, Allah da (Qiyamət günü) onu
Dostları ilə paylaş: