163
Kərbəla əhalisindən təxminən 5 min nəfəri, alim, cahil, zəif, güclü, böyük,
kiçik bilmədən, hətta günahsız qadın və uşaqları vəhşicəsinə qətlə yetirdilər. İmam
Hüseynin (ə) məqbərəsindəki xəzinələri talayıb qiymətli daşları, antik əşyaları
apardılar. Hətta qəbrin üstündəki sənduqəni yandırıb, ondan qəhvə düzəltdilər. Bir
çox insanı da əsir edib, özləriylə apardılar. İnna lillah və inna ileyhi raciun
(Yazıqlar olsun belə bir müsəlmanlığa!)
Dünyanın bütün ölkələrində alimlərin, sultanların, ziyalıların, hətta adsız
əsgərlərin qəbirləri belə ehtiramla yad edildiyi halda, müsəlmanların öz iftixarları
olan insanların qəbirlərini qorumaları bir yana, onları vəhşicəsinə dağıdıb talan
etməkləri, həqiqətən, çox üzücüdür.
Hətta həzrət Həmzə kimi Ühüd şəhidlərinin qəbirlərini, Əbdülmüttalib və
Əbdullah kimi həzrət Peyğəmbərin (s) ata və babalarının qəbirlərini, imam Həsən
Müctəba (ə), İmam Zeynul-Abidin (ə), imam Baqir (ə) və imam Sadiq (ə) kimi
Rəsulallahın (s) övladları və İslamın iftixarları olan digər kəslərin qəbirlərini
Məkkə və Mədinədə dağıdıb yerlə-yeksan edib, sonra da özlərinə «biz
müsəlmanıq» deyirlər! AMma öz rəhbərlərinin və sultanlarının qəbirlərinin
üzərində abidələr ucaldırlar!
Sizin və bizim alimlərimiz möminlərin qəbirlərini ziyarət etmək haqqında,
onların müxtəlif hadisələrdən, vaqiələrdən qorunması üçün bir çox hədislər nəql
etmişlər. Rəsulallah (s) bilavasitə özü möminlərin qəbirlərini ziyarət edib, onlar
üçün məqfiət diləyirdi. Buna baxmayaraq, bir qrup qara əllər din adıyla İslamın
iftixarı olan böyük şəxsiyyətlərin qəbirlərini dağıdıb, onlardan ən kiçik bir əlamət
belə qoyurdular. Sözün qısası, deyiləsi dərdlərimiz çoxdur.
Dostları ilə paylaş: