167
Bu qardaş sözünü qurtarmışdı ki, ağalar məclisə daxil olub, əyləşdilər.
Hamımız bir yerdə çay içdikdən sonra söhbət başladı.
Nəvvab: «Dünən axşam qərar oldu ki, bu günki məclisdə imamət mövzusu
ətrafında danışılsın. Çoxumuz bu mühüm məsələni bilmək üçün böyük bir ehtiyac
duyuruq. Çünki mövzu bizim üçün anlaşılmaz olan məsələlərin əslini təşkil edir.
İmamət haqqında aramızdakı ixtilafın aydınlığa qovuşması üçün ricamız, sadəcə
bu mövzu ətrafında danışmağımızdır».
Dostları ilə paylaş: