Китабын ады


ƏHLİ-SÜNNƏTİN DÖRD MƏZHƏBİ HAQQINDA BƏHS VƏ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə178/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   174   175   176   177   178   179   180   181   ...   314
2 5290018709182616340

ƏHLİ-SÜNNƏTİN DÖRD MƏZHƏBİ HAQQINDA BƏHS VƏ 
HƏQİQƏTİN BƏYANI 
 
Əhli-sünnətdən  olanlar  öz  rəhbərlərinə  imam  deyirlər.  Məsələn:  İmam  Əbu 
Hənifə,  ima  Malik,  imam  Şafei,  imam  Əhməd.  Yəni  dini  məsələlərdə  onların 
rəhbərləri  olan  fəqih  və  müctehidlər  ki,  halal  və  haramı,  ictihad  və  qiyasla  bir-
birindən ayırmışlar. Buna görə də bu şəxslərin fiqhi kitablarını oxuduqda bir çox 
ixtilafın mövcud olduğunun şahidi oluruq.  
Bu  cür  rəhbərlər  bütün  məzhəb  və  dinlərdə  vardır.  Sizin  imam  olaraq  qəbul 
etdiyiniz şəxslər şiədə də fəqih ünvanıyla vardırlar. Bu şəxslər 12-ci İmam həzrət 


 
168 
Mehdinin  (ə)  qeybəti  dövründəki  müddətdə  kitab  sünnət,  ağıl  və  icmanı  əsas 
tutaraq  fitvalar verirlər.  Amma  biz  bu şəxsləri  imam  olaraq adlandırmırıq. Çünki 
imamət  sadəcə  həzrət  Peyğəmbərin  (s)  Əhli-beytindən  (ə)  olan  12  vəsiqəyə 
məxsusdur.  İctihadda  sizinlə  bizim  aramızda  bir  fərq  vardır;  o  da  budur  ki,  sizin 
böyükləriniz  ictihad  qapısını  bağlamışlar.  Hicri  V  əsrdə  padşahların  əmri  və  o 
günkü mövcud üləma və fəqihlərin qərarıyla ictihad dörd nəfərə məxsus edilmiş və 
dörd  məzhəb,  yəni  Hənəfi,  Maliki,  Şafei  və  Hənbəli  məzhəbləri  rəsmi  məzhəb 
olaraq  qəbul  olunmuş;  xalq  da  onlardan  birinə  təqlid  etməyə  məcbur  edilmişdir. 
Bax, bu vəziyyət günümüzə qədər davam etməkdədir.  
Təqlid məqamında da bu dörd şəxsdən birinin digərlərinə udul edilməsinə dair 
hər hansı bir dəlil də yoxdur. Yəni Hənəfinin Malikiyə və ya Şafeinin Hənbəliyə 
hansı xüsusiyyətiylə üstün olduğu bəlli deyildir. Əgər İslam ümməti bu dörd şəxsin 
fitvalarının  kənarına  çıxmamağa  məcbur  edilirsə,  böyük  bir  durğunluq  meydana 
gəlir.  Belə  bir  vəziyyətdə  inkişaf  və  irəliləyiş  heç  bir  şəkildə  bu  ümmət  üçün 
mümkün  ola  bilməz.  Buna  əlavə  olaraq  İslam  dininin  bir  xüsusiyyəti  də  bütün 
zamanlarda mədəniyyət istiqamətində inkişaf etməsidir. Bu inkişaf və tərəqqi hər 
dövrdə İslamın ümumi əhatəsini qorumaq şərtiylə bir qrup  ictihad əhlinin varlığını 
çətinləşdirir.  
Bir  çox  yeni  məsələlər  var  ki,  bu  mövzularda  ölmüş  bir  müctehidə  təqlid 
etmək  mümkün  deyildir.  Bu  cür  vəziyyətlərdə  diri  bir  müctehidə  müraciət  edib 
onun fitvasına görə əməl etmək məcburiyyətindəyik.  
Siz  əhli-sünnət  üləması  arasında  sonradan  elmi  dərəcəsi  çox  yüksək  olan 
müctehidlər yetişdi. Bu şəxslər elmi olaraq o dörd nəfərdən daha yüksək məqama 
sahibdirlər. Mən ictihad  məqamının  hansı dəlilə əsaslanaraq istisnasız bir şəkildə 
bu dörd nəfərə xas edildiyi və digər insanların elmi haqlarının əllərindən alındığını 
bilmirəm!  Amma  şiə  cəmiyyətində  bütün  müctehidlər  İmam  Zamanın  zühuruna 
qədər  ictihad  haqqına  sahibdirlər.  Biz  təqlidə  ilk  başlayan  birinin  ölüyə  təqlid 
etməsini, əsla, caiz bilmirik.  
 


 
169 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin