Çox təəccüblüdür; siz həzrət Peyğəmbərin (s) əmriylə (bunun dəlilləri öz
kitablarınız da açıq bir şəkildə nəql edilmişdir) O həzrətin soyundan gələn 12
İmamı təqib edən şiəni bidətçi və ölüpərəst olaraq bilirsiniz. Hansı dəlillərə
əsaslanaraq bütün müsəlmanları üsulda Əşəri və ya Mötəziliyə, füruda isə dörd
məzhəbdən birini təqib etməyə məcbur etdiyiniz məlum deyildir!
Əgər bir nəfər sizin o dəlilsiz iddialarınızı qəbul etməyərək Əşəri, ya da
Mötəziləni əqaiddə və dörd məzhəbdən birini də füruda təqib etməzsə, siz onu
Rafizi, müşrik və qanını halal bilirsiniz! Əgər bu gün bir nəfər; «Həzrət
Peyğəmbərdən (s) Əbul-Həsən Əşərinin və ya Əbu-Hənifənin, Malik İbn Ənəsin,
Məhəmməd ibn İdrisin Şafeinin və Əhməd ibn Hənbəlin təqib edilməsinin
vacibliyinə dair hər hansı bir xəbər bizə yetişməmişdir, onlar sadəcə müctehid və
fəqihdilər və ictihadı da onlara xas etmək bidətdir» deyərsə, nə cavab
verərsiniz?!».
Hafiz: «Dörd məzhəb imamı fəqihlik məqamına elm və ictihadın
yetişdiklərinə görə, əmanət və ədalət əhli, təqva, vərə və zöhd sahibi olduqlarından
onları təqib etmək bizim üçün vacibdir».
Dəvətçi: «Xüsusən sizin söylədikləriniz, qiyamət gününə qədər ictihadın bu
şəxslərə xas edilməsinə və xalqın da onları təqib etməyə məcbur edilməsinə dəlil
ola bilməz. Yuxarıda sadalanan xüsusiyyətlərin bütün alimlərinizdə olmasının
vacibliyinə inanırsınız. İctihadlı bu dörd nəfərə məxsus etdiyiniz sonradan gələn
alimlərə tohindir. Bir və ya bir neçə şəxsi təqib etməyə müsəlmanların məcbur
edilməsi, həzrət Peyğəmbərdən (s) qəti bir əmr gəldiyi təqdirdə qəbul edilə bilərdi.
Həzrət Peyğəmbərdən sizin dörd imamınız haqqında belə bir əmr olmamışdır.
Vəziyyət belə olduğu halda siz məzhəblərin sayını nə üçün dörd ilə məhdudlaşdırıb
və sadəcə onlardan birinin təqibçisi olmağı haqqın ölçüsü sayırsınız?